Nigar Sultanlı

Nigar Sultanlı
@nigarsultanli
Social work
Baku State University
Baku
Azərbaycan, 16 Ağustos 2004
16 okur puanı
Kasım 2022 tarihinde katıldı
- Bəs... Səmayə? Ona söz verməmişdin, dədə? - Səmayə... Ona ürəyimi vermişdim. Söz verməmişdim. O da mənə söz verməmişdi. Hərdən belə də olur, heç sözlərə gərək qalmır.
Sayfa 97·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Müharibə Tanrının ən böyük lənətidir. Günahkar insanların yaxasından tutan ilahi qisas. Tanrı bizdən qisas alır, bir-birimizin əli ilə. Öz əlini qana bulmaq istəmir.
Sayfa 53·Kitabı okudu
Əlimizdə olan torpaqlardan düz-əməlli istifadə edə bilmiriksə, nəyə görə əlavə torpaq üçün bu qədər vuruşuruq? Övladlarımızın tərbiyəsi, təhsili ilə məşğul olmuruq, ancaq görmədiyimiz, tanımadığımız gələcək nəsillərin taleyi, aqibəti üçün guya narahat oluruq? Yarım çörəklə doyuruqsa, niyə bütün dünyanın payına sahib olmaq istəyirik? Bütün dahilər yanıldıqlarını etiraf etdikləri halda, biz adi insanlar etdiklərimizin doğruluğuna necə belə əmin ola bilirik?
Sayfa 54·Kitabı okudu
Aramızdakı bu düşmənçilik domino daşları kimidir, birini aşırdınsa, digərləri də aşacaq. Birinin qardaşını öldürsən, əlinə silah alıb gəlir qisasa. Arada kin-küdurət səngiyir, ancaq heç vaxt tam sönmür. Uşaqlar da kinlə doğulub böyüyür, bir anın içində qonşularıma olan sevgim itdi, körpələrinə belə nifrət yarandı. Nə qədər azərbaycanlı dostum var idi, onlara görə ölümə belə gedərdim. Ancaq indi onları öldürürəm. Artıq heç birimiz əvvəlki insan ola bilməyəcəyik.
Sayfa 61·Kitabı okudu
Torpaq da öz-özünü təmizləyir. Əsas təmizlik dildən başlamalıdır, torpaqdan yox. Nə qədər ki, ağalarımızın dilində danışmağı tərgitməmişik, torpaq qədri bilə bilmərik. Linqvist professor Bulaxovski deyirdi: " Xalq infarktdan ölməz. Xalqı öldürmək üçün öncə onun əlindən dilini alırlar". - Bütün sovet xalqları bu gündədirlər, hamımıza öz doğma dilində danışmağın geridəqalmışıqlıq olduğunu aşılayıblar.
Sayfa 63·Kitabı okudu