Nihad Manafov

Nihad Manafov
@nihadmanaf
39°26′08″ N 49°04′49″ E, 10 Ocak 2000
421 okur puanı
Aralık 2019 tarihinde katıldı
Kuru Otlar Üstüne
Bakmışsın sonuna gelmişsin hayatın. Sararıp kuruyup Gideceksin Sonunda
Hayat
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Yalınayaqlı Diva
Yalınayaqlı Diva (Barefoot Diva) Musiqinin özü qədər yaradılış hekayəsi də zövq və maraq cəlb edir. Təxminən 2 il əvvəl idi ki, Afrikanın qərbində yerləşən 10 adadan ibarət Cape Verde'yə də "Morna" adı verilən, romantik, melanxolik və sakit təbiətli müsiqi tərzi olan Cape Verde musiqisi ilə səyahət etmişdim. Cape Verde Portuqaliya müstəmləkəsi olaraq qurulmuş, 5 İyul 1975'də müstəqilliyini elan etmiş, hal-hazırda 550.000 min əhalisi olan ölkədir. Fürsət ikən linki qoyum: (youtu.be/ku_WZoTtT8Q) 1941-ci il 27 avqustunda Cape Verde musiqisinin mərkəzi olan Sao Vicente adasının Mindelo şəhərində Cesaria Evora xala dünyaya gəlir. Nədənsə Hind-Avropa dil ailəsinin müsiqi dilini çox sevirəm, həmçinin bu da müstəmləkəçilik zamanında sömürülən toplumların ikinci müsiqi dillərinə öz kültürlərinin böyük tövhəsindən qaynaqlanır. Xalamızın həyatına qismən empatiya ilə yanaşmaq üçün Vikipediyada "Cape Verde" haqqında ilk cümləni oxumaq kifayət edir. 20'li yaşlarda 2 dəfə evlənib, boşanmalar, barlarda musiqi ilə məşğul olub, yaşama tutunmaqla 47 yaşında (1988) parisli plak şirkətinin əməkdaşı Da Silvia tərəfindən kəşf edilib, məşhurlaşdı. 53 yadında (1994) dünyada tanınmağa başlamışdı. Ölkəsində hamı yalın ayaqla gəzdiyi üçün səhnələrə çılpaq ayaqla çıxır, konsertlərində məşhurlaşan oturacaq və masasının üstündən siqareti də əskik olmur. O, necə ki, Charles Aznavur, Edith Piaf'ı özünə rol modeli seçmişdisə, Madonna vəs. musiqiçilər də ondan təsirlənmişdi. Əslində Cesaria xalanın mahnılarının sözlərini yox, musiqisini dinləməkdən zövq alırdım. Sonra sözlərinin dəyərini hiss eləməyə başladım. Cape Verde'yə səyahətim belə başladı, amma Cesarie Evora'nın sirdaşı olan dənizə yazdığı mahnısında, "Sənə kim göstərdi o uzaq yolu? Nostalji" sözlərinin yer aldığı, mənim də çox
Bəlkə nənəgilə gedib, hə?
Kəndimizdə mal-qara olmadan dolanmaq çətindir. Anam da fürsət düşən kimi deyir ki, bu heyvanlar olmasa məni tək maaşla oxutmaq çox çətin olardı. Düşünürəm bəlkə o halda daha əzimli olub, elə anamın sözü ilə desəm bir yerlərə gələrdim. 2000'ci illərin başlarında – hələ mən təzə dünyaya gəlmişkən köçmüşdük yeni evimizə. O vaxta qədər nənəmgildə qalırdıq. Biz evimizə köçəndə ev yarı təmirli halda olub və təkcə bir otağı təmirli olub ki, o da yatmaq üçün istifadə olunardı. Yadımdadır. O otağa da zal deyirik. Elə indi də bir otaq təmirsiz qalıb. O otaq da atamın nadirən içdiyi uzun zamandan bəri yığılıb qalmış araq butulkaları, mürəbbə və turşu bankaları və yenə də atamın atverka, kəlbətin, kəndir vəs. kimi çoxlu iş avadanlıqlarının yeridir. Əslində bu təmirsiz ortaqda tamam başqa şirin hekayələr gizli qalır. O hekayələr də qoy qalsın o otaqda. Qapı da bağlı. Biz evə köçdük. Nənəmgil atama və əmimə bir inək vermişdi. Sonra o inəklər çoxaldı. Bu barədə deyim ki, evdə həmişə anamın şikayət səsləri olardı; Tövləni tikib, inəkləri gətirmək üçün atama dil ağız tökərdi. Anam məqsədinə illər sonra nail oldu. Bu vaxta qədər isə inəklər nənəmgildən çölə gedər axşamüstü də dönərdi. 2009'a qədər ən çox qardaşım və bəzən də mən babamla çölə gedər, inəkləri otarar, gün batana yaxın dönüş zamanını hesablayar və evə dönərdik. 2009'cu ili ona görə qeyd etmişəm ki, babam səhhəti ilə əlaqədar o vaxtdan sonra gedə bilmirdi çölə. Yay vaxtlarında axşamüstü kəndimizdə mal-qaranın dönüş vaxtında bir torpaq qalxardı ki havaya gəl görəsən! Asvalt da demək olar ki, yox vəziyyətində. Hər yer torpaq yollar. Ən çox xoşuma gələn məqamlar da nənəmgilin tövləsində yaşanardı. Ağcaqanadların sayəsində qaşına-qaşına nənəmin inəkləri sağmasına uzun-uzun tamaşa edərik babamla. Sonda da nənəm bir banka
Hayat