Batan gəminin kapitanı kimi idim.
Sərnişinlərin hamısı ümid dolu gözlərini mənə dikmişdilər.
Amma özüm gəmimdən də çox sınmışdım. Bir nicat qayığına ehtiyacım var idi. Məni uzaq bir yerlərə aparacaq xilaskar qayığa...
Zavallı! Sənin atanı səni çox sevən, zərif, ətirli boynunu öpən, yorulmadan sənin yumşaq, qıvrım saçlarını tumarlayan, gözəl çöhrəni sığallayan, səni dizi üstə yellǝyǝn, axşamlar o balaca əllərini dua eləmək üçün birləşdirən atanı öldürəcəklər...
Neyləməli?! Ölümün qarşısında bütün cəsarətimizi toplayıb, düz gözlərinin içinə baxacağıq. Qoy bizə cavab versin görək, o nə olan şeydir və bizdən nə istəyir?
...Bəs ölüm bizim ruhumuzu neyləyir? Onu hansı hala salır? Ondan nəyi alır və ya ona nəyi verir? Ruhumuzu hara aparır? Barı, ona maddi göz verirmi ki, dünyaya baxıb ağlasın?