Aybeniz Hasanova Javadzadeh

Reklam
%34 (150/440 syf.)
Valeria Luiselli
7.8/10 · 167 okunma
9/10
·72 syf.··
Beğendi
·
2020 3. kitabı
·
2 saatte okudu
·
Okunma: 20 Ocak 2020 14:26
Üçləmənin bu son kitabını həm uşaqlar, həm böyüklər oxumalıdır. Çox sadə dildə, anlaşıqlı eyni zamanda çox faydalı bir kitabdır. Uşaqlarımıza onların gözəl, saf və məsum olduqlarını, hər halları ilə mükəmməl olduqlarını, onları olduqları kimi dəyişdirməyə cəhd etmədən sevəcəyimizi söyləmək, xatırlatmaq, özümüz də xatırlamaq üçün bu kitabı baş ucumuzdan ayırmamalıyıq. Uşaqlarımızı həqiqətən sevmək və onlara layiq olmaq ümidi ilə...
Bütün Çocuklar İyidirNihan Kaya · İthaki Yayınları · 20194,265 okunma
9/10
·168 syf.··
Beğendi
·
2020 2. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Ocak 2020 21:11
Nihan Kaya - İyi Toplum Yoktur "İyi Aile Yoktur"u oxuduqdan sonra bu kitabı da oxumaq şərt oldu. İl kitab mənə o qədər çox təsir etdi ki, fasiləsiz üçləmənin digər kitabını da oxuyub bitirdim. İlk kitabda daha çox ailə, valideynlər və onların uşaqlara münasibəti, davranışlarının onlarda yaratdığı travmalar ətrafında danışılırdısa, bu kitabda ailə, uşaq və cəmiyyət üçbucağı ələ alınıb. Yenə də bu üç tərəfdən ən məsumu və günahsızı uşaqlardır. Nihan Kaya uşaqlığımdan bəri illərdir düşündüyüm, amma istədiyim kimi izah edə bilmədiyim, sözlərə tökməyi bacarmadığım düşüncələrimi dilə gətirib. Sanki ürəyimi oxuyub. Nə gözəldir eyni düşüncələri bölüşdüyün insanların dünyanın hər hansı uzaq nöqtəsində də olsa mövcud olması. Kitabda hamımızın normal qəbul etdiyimiz, illərdir adət-, ənənə adı altında sorğu-sualsız keçirdiyimiz mərasimlərin iç-üzünü açıb göstərir. Sünnət toylarından tutmuş elçilik, toy, xınayaxdı, gəlin gətirmə mərasimlərinə qədər. Elə yas mərasimlərimiz də bu sıradadır. Biz ölülərimizi belə "başqaları nə deyərlər"ə qurban verən bir cəmiyyətik. Necə mi? Bir əzizimizi, yaxınımızı itirəndə onun acısını yaşamaq, dərdini çəkmək yerinə əynimizə-başımıza fikir verir, evimizi eşiyimizi səhmana salır, hətta necə ağlaycağımızı, necə oturacağınmızı, hansı sözü deyib deməyəcəyimizi belə başqalarna görə planlayırıq. Toy mərasimlərimiz bundan fərqlənir mi? Yox. Toplumun ən çox istismar etdiyi isə uşaqlar və qadınlardır. Əsrlərdir qadınların haqları tapdanır, amma, susurlar niyə? Çünki onlara ta uşaqlıqdan bunun belə olmalı olduğu öyrədilib. Evə gəlin gətirəndə onun yaxşı və ya pis gəlin olmasının meyarı çox ev işi görüb-görməməsi, yaxşı həyat yoldaşı olmasının meyarı isə ərinə sorğu-sualsız itaət edib-etməməsidir. Qadınlar illərdir qadının yeri evdir, mətbəxdir, qadın üçün
Eğitim
İyi Toplum YokturNihan Kaya · İthaki Yayınları · 20193,701 okunma