Nuray Maharramly

Nuray Maharramly
@nuray_maharramly
-Cavan oğlan ha! Mən sizdən yaşlıyam e; keçən hər on dəqiqə məni bir il qocaldır,-cavab verdim.
Reklam
"Əlvida, biz bir daha görüşməyəcəyik. Mən qürur üzündən getmirəm, yox, mən başqa cür edə bilməzdim. Dünən mən sizin qarşınızda ağlayarkən siz bir söz, təkcə bir söz desəydiniz, mən qalardım. Siz o sözü demədiniz. Görünür, belə yaxşıdır... Həmişəlik əlvida!".
7/10
·96 syf.·
2025 3. kitabı
Nəyisə sonraya qoymağın doğurduğu ağır nəticələri göstərən bir kitab.. Deyiləcək sözləri hətta sabaha saxlamağın belə necə peşmanlıqlara gətirdiyini burda görə bilirik. Bir söz.. Asyanın da dediyi kimi sadəcə bir söz hər şeyə bəs edərmiş..
AsyaIvan Turgenyev · Qanun Nəşriyyatı · 2023138 okunma
10/10
·80 syf.·
2025 2. kitabı
Hamımız Qoqolun Şinelindən çıxmışıq, – deyə Dostoyevski demişdi. Əsəri oxuduqdan sonra bu sözlərin mənası daha da aydın oldu mənə. Qoqol qələmi ilə sadə bir insanın həyatını elə ustalıqla canlandırır ki, oxuduqca öz varlığını, cəmiyyətlə münasibətini və içindəki sükutu daha dərindən duyursan. Əsərin hər sətiri düşündürür, öz kölgələrimizlə üz-üzə gətirir bizi. Məncə, hər kəs həyatının hansısa dövründə Qoqol oxumalıdır. Sadəcə oxumaqla da bitmir – Qoqolu oxuyun, oxutdurun. Çünki bəzi əsərlər yalnız ədəbiyyat deyil, həm də insanın özünə yazılmış güzgüdür.. Nikolay Gogol Şinel
ŞinelNikolay Gogol · Parlaq · 046,2bin okunma
Amma həmişə başqaları üçün əhəmiyyət kəsb etməyən insanları öz gözlərində mötəbər şəxs mərtəbəsinə qaldıran çevrələri tapılır.