Yazıçının ilk romanıdır. Milli nəsrimizdə lirik-psixoloji təmayülün başlanğıcı hesab edilir. Əsərdə dostluq, azadlıq, birlik, zəhmətkeşlik kimi bəşəri dəyərlər kənd həyatının fonunda real təsvirlərlə və canlı dildə təqdim edilir. Dialoqlar təsirli ifadə tərzi, kəskinliyi və dramaturgiyası ilə seçilir. Roman nəşr olunan kimi oxucuların ürəyinə yol tapdı, sevildi və dünyanın bir çox dillərinə tərcümə olundu.
Romanın sakit, enişsiz-yoxuşsuz süjet xətti var. Davamlı olaraq ağır kitablar oxuyub, ruhumuzda ağırlıq hiss etdiyiniz zaman bu növdən, yəni, adamı çox yormayan amma zövq verən əsərlər oxuya bilərsiniz. Xülasə, mən oxudum, bəyəndim və hər kəsə tövsiyə edirəm. Xoş mütaliələr.