Mən təvəzökar idim. Məni hiyləgərliklə müqəssis tutdular; mən də qapalı adam olmağa başladım. Mən yaxşı ilə yamanı dərindən hiss edirdim: heç kəs məni oxşamır, hamı məni təhqir edirdi, mən də kinli oldum. Mən qaşqabaqlı, başqa uşaqlar isə şən və lağlağı idilər: mən özümü onlardan yüksək hiss edirdim, – məni onlardan aşağı tuturdular. Mən də paxıl oldum. Mən bütün aləmi sevməyə hazır idim,– kimsə məni anlamadı: ona görə mən də hamını sevməməyi öyrəndim. Mənim solğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi, istehzadan qorxaraq mən duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim: bu hisslər oradaca öldü. Mən doğru danışırdım - inanmırdılar: mən də aldatmağa başladım.