“Bu kitap zayıf ya da ruhu kırılgan olanlara uygun değildir. Peri masallarına ya da iyiliğin gücüne inanmayanlara da. Bu kitap sadece, kötülüğü her türlü suretinin doğrudan gözlerinin içine bakabilen, senin gibi cesur ve korkusuz ruhlar içindir.”
Öncə kitab yazılıb, sonra film çəkilməsinə alışmışıq, amma Pan'ın labirenti digərlərindən fərqli olaraq ilk öncə filmi çəkilib(2006), daha sonra kitabı(2009)yazılıb. Hər ikisini çox bəyəndim. İlk öncə kitabını oxuyub, sonra filmini izlədim, o qədər də fərqlər yoxdu, amma təbii ki, bəzi hissləri daha yaxşı anlamaq üçün kitabı oxumaq yaxşıdı. Kitabın dizaynı, filmdə olan aktyorlar çox yaxşı idi.
Kitab/film İspaniya iç savaşından sonra meşədə, dağlarda yaşayan insanların hələ də savaşı davam etdirməsini, Ofeilanın hekayəsini anladır. Atası və anası dərzi olan Ofeila atasını itirdikdən sonra anası (Carmen) evlənir və mütləq oğlan uşağı olması gərəkdiyini və öz yanında dünyaya gəlməsini istəyən Vidalın(filmdə Mercedesin ona etdiklərini görüb, çox sevindim) evinə köçürlər. Vidal oğlu üçün İspaniyanı təmiz bir hala salmaq istəyir, digər insanları düşünmədiyi,onları öldürdüyü, sırf digər əli ilə salamlaşdığı üçün kiçik bir qızın qəlbini qırdığı halda...
Amma Carmenin vəziyyəti getdikdə ağırlaşır. Ofeilada bütün bunlardan qaçmaq üçün öz xəyal dünyasına qaçır. (Yo, hər şey çox gerçək idi). Yaşadığı yerdə bir labirent var və ora Panın labirentidir. Rəvayətə görə bir prenses ölür və atası başqa bir zamanda,başqa bir bədəndə yenidən canlanacağını deyir, ki, o da Ofeila imiş. Pan Ofeilanın yenidən yeraltı krallığına gedə bilməsi üçün 3 görev verir. Çarəsiz olan Ofeila da onun dediklərinin hamısını etməyə məcbur olur. Çünki hələ də bir şeylərin yaxşı olacağına ümidi var. Bunlardan biri açarı tapmaq olur. İkinci getdiyi yerdə çoxlu meyvə və