Baxın,erotomaniyalı xəstələr,bir növ,xəyal dünyasında yaşayırlar.Buna görə də hallüsinasiyalarındakı hədəfləri əlçatmaz olur.Çünki gerçək əlaqə yaransa,xəstənin gözündə böyütdüyü xəyal təhlükə altına düşər.
Görülən yuxuların təkrarlanmadıqlarını deyirlər. Yuxu bir dəfə görülər,bitər və insan xilas olar.Ancaq bu yuxunu dəfələrlə görürdü. Sanki ona layiq olduğu yeri göstərirdi.
-Kimdir,Sabir,sənsən?
-Açın qapını!-Yusifov hökm etdi.-Polisdir!
-Polis?!-qadın heyrətləndi.
-Cəld olun! Elə etməyin, qapını sındıraq!
Qapı açıldı. Xalatda olan yuxulu ev sahibəsi onlara təəccüblə baxırdı.
-Axtarın!-Yusifov yanındakılara əmr etdi.Amma axtarış bir nəticə vermədi. Sabur evdə yox idi