-Mənim fikrimcə isə,ruletka elə yalnız ruslar üçün yaranıb,-dedim və fransız sözlərimə nifrətlə gülümsənəndə ona söylədim ki,hər halda,əlbəttə,həqiqət mənim tərəfimdədi,ona görə ki,oyunçu kimi ruslar haqqında danışanda,onları tərifləməkdən daha artıq söyürəm, elə bu səbəbdən də mənə inanmaq olar.
-Əziz dostlar,həyatınızın geri qalan hissəsi boyunca bu cümlələri xatırlamağınız üçün sizə yalvarıram.Əsla,əsla öz dəyərinizi başqasına ölçdürməyin və istər maddi,istər mənəvi fədakarlıqdan çəkinin.Əsla qurban olmayın.Əsla qarşılıqsız sevməyin və kimdənsə bunu gözləməyin.Əsla verdiyinizdən artıq qaytarılmasını tələb etməyin.Bu mənəviyyatsızlıq,yağmaçılıqdır.Əsla sevilmək uğruna mənəviyyatınızı dəyişdirməyə çalışmayın.Tək qalmaqdan,düşünməkdən və ya düşünməməkdən qorxmayın! İnkar etmə yanılğısına düşməyin! Özünüzü tapın,onunla üzləşin və qəbul edin!
-Tapa bilmiriksə necə olsun?-gənclərdən biri soruşdu.
-Deməli,artıq tapmısınız.Sadəcə öz daxilinizə baxmaq yadınızdan çıxıb.