Puan vermedi·151 syf.··
2026 31. kitabı
Əziz Yaqubzadə - “Dostum robot” Yazıçıdan oxuduğum artıq üçüncü kitabdır və hər birini sevə-sevə oxumuşam. Bundan əvvəl “Bir sən qədər” və “Səndən ötrü” kitablarını oxumuşdum. Bu kitabını isə sonuncu uşaq festivalından, elə satışa təzə çıxan ərəfədə almışdım. Kitab balaca bir qızın - Leylanın dilindən nəql olunur. Leyla dostu olmayan, tək gəzib tək əylənən, bir növ təklikdən zövq alan asosial bir uşaqdır. Ana, ata və Leylanın birlikdə keçən həyat tərzindən bəhs edən bu kitabda hər şeyə Leylanın gözüylə baxırıq, onun dünyagörüşünü, bəyəndiyi və nifrət etdiyi şeyləri elə onun öz dilindən eşidirik. Günlərin bir günü Leyla təsadüfən bir robot tapır. İlk başda onu götürmək istəməsə də, sonradan məcbur qalıb evə gətirir və onunla dostlaşır. Hadisələr də elə bundan sonra başlayır. Kitabda ən çox bəyəndiyim dialoqların çox təbii olması idi. Oxuduqca Leylanın hərəkətləri, danışıq tərzi insanın üzündə gülümsəmə yaradırdı. Karikaturalar da çox gözəl idi. Verdiyi mesajlar, xüsusilə dostluğun önəmi çox yaxşı vurğulanıb. Doğrudan da, insan bir dost tapanda, tək olanda maraqsız gələn hər şeyə bir rəng qatılır, maraqsız olan hər şey maraqlı olmağa başlayır. Yazıçı bunu çox gözəl qeyd etmişdi. Uşaq ədəbiyyatı olsa da, həmişə demişəm - bəzi şeylərdən dərs götürmək üçün böyüklər də oxumalıdır. Kitab təkliyin yaxşı olmadığını, dostun olanda həyatın daha maraqlı olduğunu gözəl göstərir. Bəlkə müəllifin mesajı başqa idi, amma mənim bəyəndiyim nüans məhz dostluğun önəmli tutulması oldu. Kitabdakı bəzi səhnələr də mənə “tək əldən səs çıxmaz” məsəlini xatırlatdı. Yəni insanlar bir-birinə dəstək olsalar, daha yaxşı nəticələr əldə edə bilərlər. Düz başa düşmüşəmsə, o səhnələr də gözəl idi. Leylanın məktəbə olan üsyanını isə başa düşürdüm və gülümsəyərək oxuyurdum, çünki özüm də vaxtilə
Dostum RobotƏziz Yaqubzadə · Biba Nəşriyyatı · 20263 okunma
Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
8/10
·352 syf.··
2026 117. kitabı
·
1 saatte okudu
·
Okunma: 16 Mayıs 2026 13:10
“Dünyadan Fısıltılar” – kosmosa atılmış bir şüşə içində insanlıq. Bu kitabı oxuyanda adam istər-istəməz öz-özünə sual verir: “Bəs mən ora nə yazardım?” Carl Sagan və komandası Voyagerın altın plakını hazırlayarkən sanki bütün bəşəriyyətin adından danışmaq cəsarətini göstəriblər. Amma gəlin üzüaçıq deyək – bu, nə qədər “universal” ola bilər? Kitabın ən vurucu tərəfi mənim üçün o oldu ki, onlar plaka balina fəryadını da qoyublar, 55 dildə “salam”ı da, Bach musiqisini də. Amma eyni zamanda öz dövrünün kölgəsindən qaça bilməyiblər: Soyuq müharibə, Amerika mərkəzli baxış, üstəlik NASA-nın müdaxiləsi ilə çılpaq insan bədənini göstərməkdən çəkiniblər. Yəni biz evə “ən yaxşı halımızı” qoymaq istəyirik, amma əslində orada öz qorxularımızı, utancımızı və təmtəraqlı idealizmimizi də gizlədə bilmişik. Saganın dili isə möcüzədir – o, astrofizikanı o qədər insani və aydın izah edir ki, sanki plakdakı həkk olunmuş diaqramlar canlanır. Lakin kitabın bir yerində qeyd edir ki, bu mesajı heç kimin tapmayacağı ehtimalı 99,9% –dir. Bəs niyə bu qədər əmək? Məncə, bu plak əslində bizim üçün hazırlanıb. O, bəşəriyyətə güzgü tutur: “Bax, sən nə qədər zəif, nə qədər nəhəng bir yalnızsan, amma yenə də danışmaqdan əl çəkmirsən. Dünyadan Fısıltılar mənə elə gəlir ki, bir intihar məktubu deyil, bir doğum elanıdır – bəlkə də ağıllı həyatın ən uşaqcasına, ən ümidli anı. Və o altın plak indi də yıldızların arasında uçur, bizim gülüşlərimizi, hıçqırıqlarımızı, və Mozartı harasa aparır. Əgər kimsə onu tapsa, nə düşünəcək? Bilmirəm.
Dünya’dan FısıltılarCarl Sagan · Say Yayınları · 202048 okunma
SEYR
Puan vermedi·32 syf.·
2026 14. kitabı
Uçsuz bucaksız sahilde kumların arasına saklanmış ve nasibini bekleyen bir pusula. İbresinde üç kelime, "Yardım" , "Paylaşma" ve "Sevgi". Üç menzilden de muhabbetle geçen su gibi bir yolculuğun kitabı. İbre, bir yerde tutuk yapmışsa, sanırım ora ihmal edilmiş demektir. İlk günkü âşkla, Ev`e geri dönmeli.. Bu bir çocuk kitabı, yetişkinler okuyamaz! Ya da duman adamlaşmış gevezeler!
Edebiyat
İyilik Bir Pusulaİrem Oturaklıoğlu Kaya · TİMAŞ ÇOCUK YAYINLARI · 039 okunma
8/10
·280 syf.··
2026 74. kitabı
·
1 saatte okudu
·
Okunma: 30 Nisan 2026 18:42
Sonuna kadar dedim tahmin ettim ama sonu bı tık farklı geldi gene şaşırdım sevdim o konuda ama katilin motivasyonu ve cinayet işleme sebebi yetersiz geldi keşke ora daha iyi işlenseydi
Ben O DeğilimMegan Lally · Beta Byou · 2026229 okunma
Puan vermedi·224 syf.··
2025 49. kitabı
Pərviz Seyidli - ‘Məktublar arxasında’ Bu kitabı mənə 2025-ci ildə əziz dostum Tural hədiyyə etmişdi. Elə o vaxt oxuyub çox bəyənmişdim, hətta keçən il oxuduğum ən möhtəşəm 10 kitab arasında idi. Bu gözəl kitaba görə həm dostuma, həm də yazıçıya təşəkkür edib keçirəm təhlilə. Sakit həyat tərzi sürən və insanları sanki bir kitab kimi oxumağı bacardığını düşünən bir yazıçı təsəvvür edin. Günlərin bir günü qadın həbsxanasından bir məktub alır. Məktubu yazan qadın müəllifin sadiq bir oxuyucusu olduğunu, kitablarının ora qədər gedib çıxdığını və çox sevildiyini deyir. Bu sirli qadının kimliyi yazıçımıza o qədər maraqlı gəlir ki, onların məktublaşması aylarla davam edir. Nəhayət, həmin qadın əfvə düşüb azadlığa çıxır və birbaşa yazıçının ünvanına gəlir. Ondan çox ciddi bir məsələdə kömək istəyir. Bax, əsl hadisələr də məhz bu xahişdən sonra başlayır. Bundan sonrasını danışıb spoiler vermək istəmirəm, sadəcə oxuyun - deyirəm. İlk səhifələrdən kitab oxucunu ələ almağı bacarır. Yazıçının yerli ədəbiyyatımızda bəlkə də çox az rast gəldiyimiz o çox şirin və səmimi cümlə qurmaq bacarığını dərhal hiss etmək olur. Qurulan cümlələr oxucunu mövzuya daha çox bağlayır. Mən deyərdim ki, bu cür əsərlər oxucuda yerli ədəbiyyata qarşı böyük bir həvəs və maraq oyadır. Kaş ki, bu tərz kitablarımızın sayı çox olsun. Yazıçının söz bazasının genişliyi hər sətirdə özünü büruzə verir. Bəzi məqamlarda dayanıb öz-özümə deyirdim ki, "doğrudan da, bir fikir necə bu qədər səlis və gözəl ifadə oluna bilər?". İnsanı "bu cümləni necə düşünüb, necə qurub?" deyə düşündürən bir peşəkarlıq var ortada. Bu mədəni və səliqəli fikirləri oxuduqca adamın içindən "vau, yazıçı nə gözəl deyib" demək keçir. Hələ o möhtəşəm alıntılar, bənzətmələr, metaforalar - zövq ala-ala oxuyurdum. Bəzi cümlələri oxuyanda dayanıb
1000Kitap
Məktublar arxasındaPərviz Seyidli · Parlaq imzalar · 202288 okunma