(Spoiler var!!!)
Fyodor Dostoyevskinin “Ezilenler” romanı sadəcə bir hekayə deyil; bu əsər insan qəlbinin ən incə və ən ağrılı tərəflərinə toxunan bir hekayədir. Kitabı oxuduqca insan anlayır ki, bəzən bir insanın taleyi yalnız onun öz səhvləri ilə deyil, ətrafındakı insanların qüruru, laqeydliyi və məsuliyyətsizliyi ilə də formalaşır.
Əsərdə mənə ən çox təsir edən obraz Nelli oldu. Nelli çox kiçik yaşlarından həyatın ağır üzünü görmüş bir uşaqdır. Anasının çəkdiyi əzablar, atasının məsuliyyətsizliyi və babasının qüruru onun həyatını qaranlıq bir taleyə çevirmişdir. Bu qədər ağrı və tərk edilmişlik hissi yaşayan bir insanın ürəyində insanlara qarşı güvən qalması demək olar ki mümkün deyil. Buna görə də Nelli özünü qorumaq üçün sanki görünməz bir divar hörür. O divarın arxasında isə çox həssas, çox kövrək və sevgi axtaran bir uşaq gizlənir.
Nellinin ən təsirli tərəfi onun qürurudur. O həyat boyu əzab çəksə də kiminsə ona yazığı gəlməsini qəbul etmək istəmir. Çünki onun üçün yazıq görünmək sanki ikinci dəfə məğlub olmaq deməkdir. Bu qürur onun yaralanmış ruhunun müdafiə qalxanı kimidir.
Lakin əsərdə Vanya kimi insanların varlığı ümid işığı kimi görünür. Vanya özü də kasıb və çətin həyat yaşayan bir insan olsa da, başqasının dərdini görməzlikdən gəlmir. O Nellini sadəcə yazıq bir uşaq kimi deyil, anlayış və mərhəmətə ehtiyacı olan bir insan kimi qəbul edir. Onun bu davranışı Nellinin içindəki buzları yavaş-yavaş əridir. İlk dəfə olaraq Nelli dünyada yalnız qəddarlıq deyil, həm də yaxşılıq olduğunu görməyə başlayır.
Əsərdə Nataşa ilə atası arasındakı münasibət də çox dərin və təsirlidir. Bir tərəfdə qızına sonsuz sevgi bəsləyən bir ata, digər tərəfdə isə sevgisinə görə səhv etmiş bir qız dayanır. Lakin bu sevginin qarşısında böyük bir maneə var — qürur. İnsan bəzən