— Mark Tven
Heç kim baxmırmış kimi rəqs et, heç incinməmiş kimi sev, heç kim dinləmirmiş kimi mahnı oxu, dünya cənnətmiş kimi yaşa.
Anam Sənə Əmanət “Şin Qyonq Suq – Anam Sənə Əmabət” mənə dərin təsir edən əsərlərdən biridir. Hər səhifəsi ilə oxucuya yalnız hekayəni deyil, həm də insan ruhunun incə, ziddiyyətli tərəflərini göstərir. Kitabda ailə bağları, sevgi, itki və öyrənilmiş dərslər sanki mənim öz həyatımın aynası kimi təsvir olunub. Oxuyarkən hiss etdim ki, müəllif sözlərlə yalnız bir hekayə danışmır, eyni zamanda oxucunu düşünməyə, xatirələrinə geri dönməyə və öz dəyərlərini yenidən qiymətləndirməyə dəvət edir. Hər obraz öz iç dünyası ilə fərqli bir səsdir, və hər hadisə oxucuya həyatın sadə, amma eyni zamanda mürəkkəb tərəflərini göstərir. Bu kitab mənim üçün sadəcə bir oxu təcrübəsi deyil, həm də bir hiss, bir öyrənmə və daxili səyahət oldu. “Anam Sənə Əmabət” oxucunu duyğuların dərinliyinə aparır, düşünməyə, empati qurmağa və həyatın kiçik anlarına daha fərqli baxmağa imkan verir.
1000Kitap
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Yalnız xanımlardan ibarət kitab müzakirə qrupumuz var.💞 Qoşulmaq istəyən xanımlar bizə yaza bilərlər. Oxumağı sevən, oxuduqlarını səmimi və dəyərli bir mühitdə paylaşmaq istəyən xanımları aramızda görməkdən çox məmnun olarıq 🌿📚 ✨ Aurora ilə birgə oxu ✨
Yalnız xanımlardan ibarət kitab müzakirə qrupumuz var.💞 Qoşulmaq istəyən xanımlar bizə yaza bilərlər. Oxumağı sevən, oxuduqlarını səmimi və dəyərli bir mühitdə paylaşmaq istəyən xanımları aramızda görməkdən çox məmnun olarıq 🌿📚 ✨ Aurora ilə birgə oxu ✨
Alıntı
Aurora Kitab Müzakirə Qrupunun Qaydaları 🌌 Aurora — yalnız xanımlardan ibarət, kitab oxumağı sevən və müzakirələr aparan bir oxucu qrupudur. Məqsədimiz səmimi, davamlı və motivasiyaedici bir oxu mühiti yaratmaqdır. 💫📖 📚 Kitab Seçimi və Oxu Prosesi • Oxunacaq kitab qrup üzvlərinin təklifləri əsasında müəyyən edilir. • Hər kəs oxumaq istədiyi kitabın adını qeyd edir. • Təklif olunan kitabların məzmunu və səhifə sayı əlavə olunur. • Daha sonra Instagram qrupunda anket hazırlanır və ən çox səs toplayan kitab seçilir. • Müzakirə tarixləri qrup adminləri tərəfindən kitabın həcminə uyğun şəkildə təyin edilir. 📌 Kitablar real nüsxə, PDF və ya səsli formatda oxuna bilər — seçim tamamilə üzvlərə aiddir.
Aqşin Evrən - Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik Başını çiynimə söykəmisən Qolumu şərf kimi dolamışam boynuna Bizdən bir qədər aralıda, yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi: Asta-asta parfümlü külək əsir, Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir Buzlaqlar əriyib Afrikanın stəkanına dolur Çətirimizin üstünə balaca mələklər yağır Ölü dəniz balıq doğur Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində Ozon dəliyini örtürlər çərpələnglə Bütün dinlərin surələri eynidir: “Əxlaq” Qocalar evində sükut, otaqlar boş, Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri” Teatrlarda anşlaq... Bütün dövlətlərin adı Yer Kürəsidir, bütün bayraqlar göyərçin qanadı, bütün musiqilər körpə gülüşü Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü: Biz də bu hərflərdən yapışıb yellənirik Nə müharibə var, nə göz yaşı, nə də qəm Astaca pıçıldayıram sənə: Əzizim, dodağını gətir söz deyirəm. Aqşin Evrən
Şiir