Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024321 okunma
Reklam
Krallığım can verir- Şəhrizadın 1002-ci hekayəsi təsirində roman
Puan vermedi·338 syf.·
2026 3. kitabı
‘‘Krallığım can verir’’ romanını oxuduqda bu qədər təsirlənəcəyimi, doğrusu, düşünməmişdim. Kitab mağazasında təsadüfən diqqətimi çəkdiyi üçün aldığım bu roman ilk səhifələrdə məni yormağa başladı, düşündüm ki, uğurlu seçim deyil. Cümlələrdəki qarışıqlıq tərcüməsində də müəyyən dərəcədə boşluq olduğunu gösərirdi. Amma kitabları yarımçıq qoya bilməmək kimi yaxşı bir xasiyyətim var. Hadisələrin gedişatı diqqətimi çəkməyə başladı. Sonlara yaxınlaşdıqca həyəcan artmaqda davam edir. Heç gözləmədiyim anda roman ən sevdiyim kitablar siyahısına daxil oldu. Ən son səhifəsinədək heyrətləndirməyə davam etdi və son cümlələrində belə şok təsirindən ayılmamışdım. Roman o qədər fərqli və novella təsirlidir ki, heç bir spoiler verməmək üçün əlimdən gələni edirəm. Həm dərs çıxarmaq, həm hekayə dinləmək, həm də dedektiv baxışları ilə tanış olmaq üçün ən fərqli əsərlərdəndir. Roman davam etdikcə oxucunun bütün zaman anlayışı itir, hadisələri bir yerə yığmaqda çətinlik yaşayır. Həyəcanla oxuduğum bu roman haqqında oxucu fikirləri çox az idi, buna görə ilk şərhimi məhz ‘‘Krallığım can verir’’ə vermək istədim. Yalanların inandırıcılıq dərəcəsinin artdığı dövrdə özəlliklə gənclərin oxu siyasına əlavə etməli olduqları ən yaxşı kitablardandır. Kitabın sonunda yalanı həqiqətdən ayırma hissinizlə bağlı sarsıntı keçirə bilərsiniz.
Krallığım Can VerirEvald Flisar · Alatoran Yayınları · 20251 okunma
5/10
·184 syf.··
2026 4. kitabı
·
4 günde okudu
·
Okunma: 12 Nisan 2026 16:36
Alisa Möcüzələr Ölkəsində kitabı haqqında fikrim... Uşaqlıqdan fantastik əsərlərə, xüsusilə uşaq ədəbiyyatında olan fantastik hekayələrə qarşı böyük marağım olmayıb. Bu səbəbdən, bu kitabı oxuyarkən də eyni hissləri yaşadım və açığı, əsər mənə maraqlı gəlmədi. Düşünürəm ki, bəlkə də onu uşaq yaşlarımda oxusaydım, daha fərqli təsir bağışlayardı. Amma indiki düşüncəmlə bu kitabı sevə bilmədim. Kitabı bitirdikdən sonra onun yazılma tarixçəsi və çap olunmazdan əvvəlki prosesi ilə maraqlandım. Bu mərhələ mənim üçün əsərin özündən daha maraqlı oldu. Müəllifin oxucuya çatdırmaq istədiyi məna haqqında düşünməyə çalışdım və bəzi məqamlar məni təəccübləndirdi. Oxu zamanı isə Alisa obrazı məndə fərqli təəssürat yaratdı. Mən onu daha çox eqoist, səbrsiz və bir qədər kobud bir qız kimi qəbul etdim. Kitabın sonuna qədər bu fikir dəyişsə də, yenə də Alisa mənim yaddaşımda bu xüsusiyyətlərlə qalacaq. Əsərin maraqlı tərəflərindən biri də onun real həyatda bir prototipə sahib olmasıdır. Müəllif Lewis Carroll (əsl adı ilə Çarlz Dodgson) Oksfordda dekanın qızı olan Alisa Liddell ilə tanışlıqdan ilhamlanaraq bu obrazı yaratmışdır. Onun uşaqlara danışdığı bir nağıl sonradan bu məşhur əsərə çevrilmişdir. Bu fakt kitabı mənim üçün bir qədər daha maraqlı etsə də, ümumi olaraq əsərə olan münasibətimi dəyişmədi.
Alisa Möcüzələr ÖlkəsindəLuis Kerol · Simurq · 20251 okunma
Zolaqlı pijamalı oğlann
Puan vermedi·208 syf.··
2026 12. kitabı
·
17 günde okudu
·
Okunma: 06 Nisan 2026 21:23
Sonunda bir kitabın sonuna daha gəldim. Əslində bu kitab haqqında yazacağım çox şey var ancaq sözlər, cümlələr arasına necə sıxışdıracağımı bilmirəm. Çox yaxşı və bir o qədər də təsirli bir kitab idi. Sizə bir cümlə ilə nə qədər təsirli olduğunu ancaq belə izah edə bilərəm. Son 2 səhifəsini oxuya bilmədim. Hər kəs deyirdi ki,oxu dedikləri qədər təsirli deyil mənədə elə gəlirdi ki, çox şişirdirlər ancaq özüm oxuyanda baxış bucağım tamamilə dəyişdi.hər hansısa təsirli bir kitabdan çox təsirlənlər bu kitabı oxumasın. Hə, kitab mükəmməl idi."Ev" kimi hiss elətdirdi. Ancaq çox təsirlidir. . . . SPOİLER___ Bruno'nun Şumel'ə qarşı olan satqınlığı məni çox təəccübləndirdi ancaq sonradan səhvini başa düşdü Məncə bu da bir şeydi. Və sonu haqqında çox bir şey demiyəcəm çünki son 2 səh oxumadım. ( Sonunu rəfiqəm deyib :( Zolaqlı Pijamalı Oğlan John Boyne
Edebiyat
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202050,7bin okunma
10/10
·196 syf.··
Beğendi
·
2026 4. kitabı
Öpəsən bu kitabı, basasan bağrına... Tez alışdığım bu dünyadan(kitabı nəzərdə tuturam) ayrılmaq çətin gəldi. Sanki Binyaminin yanında idim. Onunla güldüm, ağladım, əsəbləşdim, düşündüm. Hələ məsləhət də verdim)) Hər hekayənin sonu xoşbəxt bitəcək deyə bir şey yoxdur. Ancaq xoşbəxt sonluqlu hekayələr insana gözəl hiss verməz. Bəzən də bu cür ayrılıqlar insana ləzzət edir. İnsan özünü insan kimi hiss edir. Necə ki, Binyamin də Nəstərənin hicranını vüsalından çox sevirdi. Binyaminə çox böyük hörmətim yarandı oxu müddətində. Nə yaxşı ki, o bunu qoruya bildi. Nəfsinin istəyinə yenilib, verdiyi sözdən geri çəkilmədi. İnsanı insan kimi formalaşdıran da elə budur- prinsipləri. Hərçənd mənim beynimdə bir sual yarandı- görəsən o verdiyi sözü Allah rizası üçün versəydi, yenə mi eyni qərarı verəcəkdi? Allah bizim Allahdı də, ona qarşı sözümüzü pozsaq tez əfv edir bizi)) Mən əminəm ki, Binyaminin sözünün üstə durması üçün göstərdiyi bu fədakarlığı Allah qəbul etdi. Və əminəm ki, Allah bu borcun altında qalmaz, bir gün ən gözəl şəkildə ödəyəcək... Salamat qalın, mənim qısa müddətlik yol yoldaşlarım... Sizdən ötrü darıxacam... •İlqar müəllim, bir insanın dili necə bu qədər şirin, cana yatan, qəlbə toxunan ola bilər? Cümlələr elə zərifliklə, diqqətlə seçilib ki, ürəyinin simlərinə toxunur. Sanki danışmır, sözləri ilə səni oxşayır, sığal çəkir. Hələ xüsusi şeirləri demirəm...Balll O qədər gözəl hislər bəxş edir ki, bir cümləni dəfələrlə oxuyub və heç azalmayan ləzzəti yenidən almaq olur. Var olun, İlqar müəllim ♡ Qələminiz həmişə belə qüvvətli olsun.
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma
Reklam
Reklam