Hər kimin iki günü bərabər olsa, o, aldanmışdır. Hər kimin sabahı bu gündən pis olsa, o, lənətlənmişdir. Hər kim də əməlində olan nöqsanı araşdırıb aradan aparmaq üçün çalışmasa, onun ağlında nöqsan var. Əməlində və ağlında nöqsan olan şəxs üçün isə ölüm yaşamaqdan daha yaxşıdır...️
Zərgərin əlinə balta versən, barmağını doğrayar, odunçunun əlinə qızıl versən, baltaya qızıl sap düzəldər. Çörək çörəkçinin, balta odunçunun, qızıl da zərgərin əlində məqsədəuyğundur...️
Onunla birlikdə gəlməsi üçün yalvarmaq keçdi içindən, ancaq etmədi. Bunun üçün özünü lənətlədi, həyatının geri qalanı boyunca bunun peşmançılığını çəkəcəyindən əmin oldu. Ancaq yenə də etmədi. Bəlkə də ona görə etmədi ki, xoşbəxtlik deyə xəyal etdikləri o xülyaya çatsalar əllərində heç nəyin qalmadığını anlayacaqlarını və bunun üçün heç vaxt bir-birlərini bağışlamayacaqlarını dəqiq bilirdi...️