Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Amma indiki dövrdə şəkillər "Xatirə" kimi gözəl bir sözdən "Göstəriş" kimi iyrənc bir fəaliyyətə çevrilib.
Sayfa 202Kitabı okudu
Bəlkə insanlar bir-birinə öyrəşəndən sonra bütün maraqları ölür. Eyni filmə təkrar-təkrar baxmaq kimi...
Sayfa 185
Reklam
Əgər bir hadisənin məqsədini tapmaq istəyirsənsə gör ona kim pul xərcləyir. Pul özü sənə günahkarı nişan verəcək.
Heç zaman anlamayacam..
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi kimi etmişdik.
Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir
Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan.
Reklam
O, mənə baxıb gülümsəməyi öyrənmişdi, mən də ona baxıb nağıllara inanmağa başlamışdım...
Qaraqan, MələkKitabı okudu
Mənim ana dilimdə “yaxşıdır” , yaxud “əladır” mənasını ifadə edən sözlər çoxdur. Amma kimsə çox sevinirsə, deyək ki, sevimli komandası qalib gəlibsə, işdə vəzifəsi artıbsa, yaxud lotereyada udubsa, “Yeess”, ya da “Superrr” çığırmağa başlayır. Qəribədir. Bizim həyatımızda yaxşı bir hadisə baş verəndə bunu ingiliscə ifadə edirik. Amma narazı olanda, adətən, ya öz dilimizdə söyürük, ya da rusca... ...Qorxumuzu və kədərimizi isə ərəb dilində bildiririk. Biz pis yuxu görəndə, yaxud nədənsə qorxanda “bismillah” deyirik. Ölənlər üçün duanı da ərəb dilində oxuyuruq. Bizdə Amerika uğur və xoşbəxtliklə, Rusiya qəzəblə, ərəb dünyası isə qorxu və dərdlə assosiasiya olunur. Qəribədir, hə?
268 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Oxuyuram artiq 10 sehife qalib bitmeyine..kitab cox gozel gelirdi. Amma siyaset sohbetlerini sevmediyimdenmi, nedenmi biraz sonlar mene sixici gelmeye baslayib... Massonlardan, ecdadlarimizdan dunyadan sozler salinib kitaba. Amma gorek axiri ne oldu Kenanin basina ne geldi) sirf Kenana gore bitirecem kitabi).....
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,113 okunma
Nyu-York həyatın mənasının itməsi üçün ideal şəhərdir. Burada mənəvi boşluğu ikiqat burgerlərlə doldura bilərsiniz.
Sayfa 306Kitabı okudu
Reklam
Təşkilatçı gülümsəyib o sözü bizim üçün tərcümə etdi: —"Dinilo's Dikkamengro"Bu qaraçı dilində Televizor deməkdir.Amma hərfi mənası belədir:"Axmaqların baxdığı qutu."
Bir vaxtları çinlilər insanları və onların dünyalarını bir-birindən ayıran sədd tikirdilər, indi isə həmin işin öhdəsindən heç də pis gəlməyən qulaqlıqlar düzəldirlər.
Şübhə inamsızlıqdan, ya zəiflikdən doğmurdu, əksinə olaraq, oxuduqca, öyrəndikcə, həyatı daha dərindən anladıqca, şübhələrim də artırdı.
“Biz bir quru çörəyə görə Allaha şükür edirik, onlar isə beşinci milyonu qazanmadıqları üçün Allahı söyürlər."
İnsanlar ideyaya deyil, öz eqolarına xidmət etmək istəyir, insanlar ideya ilə olmaq deyil ideyanı daşıyan şəxslə olmaq istəyir
Geri199
1.500 öğeden 1.486 ile 1.500 arasındakiler gösteriliyor.