10/10
·1724 syf.··
Beğendi
·
2025 8. kitabı
Bu incelememde 5 yıl önce okuduğum Fransız edebiyatının en önemli yazarlarından biri olan Victor Hugo Sefiller (2 Cilt Takım) adlı başyapıtını ele alacağım. Romanı okurken sadece bir hikâyenin içine girmekle kalmadım, aynı zamanda insanlık, adalet, merhamet ve toplumsal eşitsizlik gibi derin kavramlar üzerine de çok düşündüm. Romanın başkahramanı Jean Valjean’ın hayatı, bir parça ekmek çaldığı için hapis yatmasıyla başlıyor. Cezaevinden çıktıktan sonra toplum tarafından dışlanıyor, ancak bir piskoposun gösterdiği merhamet sayesinde hayatı değişiyor. Jean Valjean’ın içindeki iyiliği keşfetmesi ve yeniden bir insan gibi yaşama çabası beni çok etkiledi. Özellikle karakterin zamanla dönüşmesi, iyilik uğruna büyük fedakârlıklar yapması, roman boyunca beni en çok etkileyen unsurlardan biri oldu.E. Sevdiyim karakter Qavroş oldu ve en çok ona ve Jan Valjana üzüldüm.. Romanın diğer karakterleri de oldukça güçlü. Fantine’in yaşadığı dram, Cosette’in saflığı ve Javert’in adalet takıntısı, her biri ayrı ayrı hafızamda yer etti. Özellikle müfettiş Javert’in adalet ve vicdan arasında yaşadığı çatışma çok çarpıcıydı. Olaylar boyunca adaletin sadece kurallara bağlı kalmak değil, insan olmanın ne anlama geldiğini de anlamak gerektiğini düşündüm. Sonuç olarak, Sefiller beni hem duygusal anlamda etkiledi hem de düşünmeye sevk etti. Bir roman olmanın çok ötesinde, insana insanı anlatan, toplumun aynası olan bir eser. Victor Hugo dili zaman zaman ağır olsa da, anlattıkları o kadar güçlü ki bu zorluk okunmaya kesinlikle değer. Harika bir Roman..Tek kelimeyle Muhteşem...
Alıntı
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2025105,2bin okunma
Həyat kimi bir kitab…
9/10
·320 syf.··
2025 147. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2025 16:52
İllər əvvəl oxuduğum “ Səfillər” ə bir də bu yaşımda yenidən “baxmaq” istədim. 19-cu əsr Fransasının tarixi- siyasi dövrünü işıqlandıran bu roman dünya ədəbiyyatında obrazlarının rəngarəngliliyi və çox maraqlı bir şəkildə bir- birləri ilə dərindən əlaqəsi, təsvir olunan zamanın dəqiq mənzərəsini əks etdirməsi, süjetin dinamiki inkişafı baxımından sayılıb- seçilir. Hüqonun bütün insanlar üçün yazdığı “ Səfillər” bizləri insanlığın yavaş- yavaş öldüyü bir dünyada hələ də nəcib hissləri qəlbində, bütün varlığında daşıyan kəslərlə tanış edib hamını başqasının dərdinə şərik olmağa, ağrısını duymağa çağırır. Əsərin əsas qəhrəmanlarından sayılan Jan Valjanın keçdiyi həyat yolunun biri digərindən tamam fərqlənən iki istiqamətdə cərəyan etməsi insanın hər zaman mənəvi xilasının mümkün olduğunu göstərir. Roman çox böyük bir zaman kəsiyini əhatə etdiyindən tanış olduğum hər bir obrazın illər keçdikcə dəyişilməsi, böyüməsi, dünyaya fərqli baxışları onlarla aramda bağ qurmağıma, onlarla birgə üzülüb - sevinməyimə, seçimlərini, səbəblərini, doğru və yanlışlarını anlamağıma kömək oldu. Dil- üslub xüsusiyyətlərinə gəldikdə isə qeyd etməliyəm ki, kitab sanki mənə yaxın bir adamın hekayə danışmasına bənzəyirdi. Hüqo əhvalatı başlayır, arada kəsib öz fikirlərini bildirir, surətlərin başlarına gələn hadisələri nəql edərkən həmin dövrün tarixi şərait və faktlarını sadalayır, bəzən də obrazların keçdikləri küçələrin, keçidlərin yaranma dövrünə qədər gedib çıxırdı. Hətta bütöv bir fəsli buna həsr etdiyi də olurdu. Bu zaman-zaman məni bir az yorsa da, ümumillikdə əsərə xüsusi bir rəng qatdığını düşünürəm. Kitabı oxuyanlar məni daha yaxşı anlayar; az qala hər cümlənin altından xətt çəkmək gəlirdi içimdən. O qədər gözəl sitatlar var idi ki… Ən sevdiyim obraz isə heç şübhəsiz Qavroş
1000Kitap
Səfillər (V Hissə)Victor Hugo · Bakı, Öndər Nəşriyyatı · 2005178 okunma
Reklam
Qavroş
4/10
·96 syf.··
Beğendi
·
2023 10. kitabı
·
30 saatte okudu
·
Okunma: 05 Mart 2023 20:04
Çox maraqlı çox axıcı dillə yazılmış Səfillər kitabından bir hissəsi. Bu kitab kasıb uşaqların dərdləri və müharibənin kəsatlarını göstərir. 8Qavroş Victor Hugo
Roman
QavroşVictor Hugo · Qanun Nəşriyyatı · 2018152 okunma
10/10
·1022 syf.··
2023 9. kitabı
·
85 günde okudu
·
Okunma: 30 Ocak 2023 21:25
Uzun bir müddət ərzində oxuyub bitirə bildim. Lakin bu mənim "Səfillər"lə ilk tanışlığım deyildi. Düzünü desəm onun məndə yeri tamam başqadır. İlk kitablarımdan biri olub. Cizgi filminə də baxmışam. Sonra bir gün qərara gəldim ki,mən bu kitabı yenidən oxumalıyam. Sevimli obrazlarıma yenidən qarşılaşmalıyam. Uşaqlar üçün olan yığcam kitabda oxuduqlarıma indi sanki işıq tutdular. Onda düşünərdim ki,Jan Valjan axı nədən qaçır? Belə bir insanı gün işığından da gizlənməyə vadar edən nədir? Ya niyə Fantina öz sevimli Kozettasını tanımadığı adamların yanına verib gedir? Ya onun sonrakı taleyi nə olur? Qavroş-cəsur,sevimli qəhrəman.Onun kimliyi,o şıltaqlığı və hər zamankı şənliyi. Marius və Kozettanın taleyi, zavallı Eponina,bu kimi çox şey sadəcə yaddaşımda bir gün aydınlanmağı gözləyirdi. Viktor Hüqo yaradıcılığı, dəsti-xətti o qədər maraqlıdır ki.Oxuyanda düşünürsən ki,sanki qələmlə yazıçının söhbətinə şahid olursan. Arada qələm dil açaraq onu tutan əlin sahibi haqqında danışmağı özünə borc bilir. Və hadisələrin axını arasında verilən məlumatlar,təsvirlər... Elə bil ki, yazıçı və qələm bu tale oyununu yazarkən birdən durub sənə izah verməli olduğunu düşünür və bu düşüncəsini də tətbiq edir. Əsərdə o qədər gözəl,məsum, ülvi hisslər var ki... Xüsusilə də əməlindən peşman olan və qəlbinə mərhəmət toxumu əkilən Jan Valjanı hər də katorqa dusdağı olduğu üçün təkliyə məhkum edəndə təssüf və qəzəb dolu bir "ah" çıxır dodaqlarımdan. Axı niyə insan keçmişi görür,amma onun yaratdığı kövrək, inam dolu qəlbi görmür! Təssüf... Gecikdin sevimli Kozetta, gecikdin sevgini ucaldan Marius. Və əbədiyyət oldu Tanrını tanıyan və vicdanın əsiri olan Jan Valjan.
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2022105,2bin okunma
Heyif gec oxudum...
10/10
·1600 syf.··
2022 41. kitabı
·
36 günde okudu
·
Okunma: 06 Eylül 2022 13:24
Möhtəşəm 1600səhifəlik səyahət. Məncə fransız və rus yazarları ədəbiyyat dünyasını öz çiyinlərində daşısalar da. Viktor Hüqo tək Səfillərlə bu işin öhdəsindən gəlib. Bu kitab qədər hadisələri incəliyinə qədər təsnif edən və heç gözləmədiyiniz halda o kiçik görsənən hadisələri bütün hekayə  boyu bir biri ilə əlaqələndirən və əsərin sonunu möhtəşəmliklə bitirin 2ci belə əsər çətin yazılar. Viktor Hüqo'nun özü də sürgündə həbsdə çətinliklərlə baş-başa qalan bir yazar olduğundan Səfillərdəki personajları çox xırda detalına qədər işləyib və bizə ötürdüyü hisslər inanılmazdır. Kitabda hər şeydən söhbət açılır. Din , hüquq, siyasət, tarix, insan psixologiyası, azadlıq, inqilab qiyam, məcburiyyət və s. və s... 5hissədən, hər bir hissə də bir birindən möhtəşəm və zəngin bir təəssüratla insanda iz qoyur. Əsərdə tarixi döyüşlər çoxluq təşkil edir, elə əsər də bir növ bu döyüşlər ətrafında cərayan edir. Vaterloo döyüşü və bu döyüşün uzuun təsviri, Napoleon'un döyüş taktikası hansı ki müvəffəq ola bilmədi. Sonrakı hissələrdə Fransa inqilabına hazırlıq azadlıq naminə kiçik bir qüvvə ilə möhtəşəm mübarizə və s. İlk başda heç bir əlaqəsi olmayan. ''Bu hissəni niyə oxudum?'' , ''nə əlaqə?'' ( nə əlaqə dediyim başlıqlardan sadəcə ''Arqo'' başlığı  ordakı dələduzların öz aralarında danışdıqları dildən bəhs edirdi deyə bu hissəni niyə oxudum deyə bilərəm)) dediyim hissələr var idi amma sonradan bu hissələr əsəri incəliklə bağlanırdı ta əsər bitənə qədər də bu bağlantıları görmək olurdu. Qəhramanlara gəldikdə hamısı bir birindən ''səfil'' idi. Hər biri müəyyən bir hissləri təcəssüm edirdi və əsas da vicdan hissini. Əsas personaj Jan Valjanın timsalında bu vicdan hissini görürük. Bacısı uşaqlarına baxmaq üçün nə qədər çalışsa da hətta öz yeməyindən bacısı kəsib uşaqlara versə də sonunda bir
1000Kitap
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2022105,2bin okunma
Puan vermedi·976 syf.··
2021 6. kitabı
·
19 günde okudu
·
Okunma: 02 Ağustos 2021 15:56
Bəzi kitablar vardır ki, haqqında danışmağa çətinlik çəkərsən, nə yazasan,necə edəsən ki fikrini tam çatdıra biləsən. #Səfillər məhz elə bu kitablardan biridir. Kitabın yazılmasına #ViktorHüqo tam 20 ilini həsr edib. Eyni zamanda onu deyim ki, dahi türk şairi Namık Kamal sürgündə vəfat edərkən əlində “Səfillər”kitabı var imiş. Kitabın əsas mövzusu adından da bilindiyi kimi səfillikdir. Fransanın heç bir təbəqəsinə məxsus olmuyan bir-birindən əlaqəsiz səfil insanların həyatını,yaşayışını,hisslərini #Hüqo çox ustalıqla təsvir edir. Katorqa dustağının səfilliyi, pozğun bir qadının səfilliyi, yetim bir qızın səfilliyi, bir qaçağın səfilliyi, bir oğrunun səfilliyi bir sözlə cəmiyyətin görübdə görməzdən gəldiyi və ya görmək istəmədiyi daha bir çox insanın və ən önəmlisi bir vicdanın səfilliyi ilə 21 gün boyunca tanış oldum. Ah Jan Valjan,sən necə gözəl insan idin, tək günahın isə ac qalmış körpələrə çörək oğurlamaq idi… bunun nəticəsində isə 19 il katorqa dustağı olmaq… Etdiyi o qədər yaxşılıqlara rəğmən daima vicdanı ilə savaşmaq, özünü hər zaman günahkar hesab etmək, insanların xoşbəxtliyi üçün özünü qurban vermək, bir sözlə tanıdığım ən mərd, ən ülvi obraz oldu Jan Valjan. Övladı üçün hər cürə fədakarlıq edən Fantina, saf məsum Kozetta, hər nə qədər mənfi obraz olsa da işini ləyaqətlə görən Javer hər biri doğmalaşan obrazlardan idi. Kitabda sevmədiyim hissələrə gəldikdə isə bir çox yerdə əsas mövzu kəsilərək həddən artıq tarixi məlumatlara yer verilib. Hər bir məkanın,əşyanın, hadisənin təsvirini o qədər dərinliyinə enərək xırdalıyır ki, bir yerdən sonra kitab insanı sıxmağa və yormağa başlayır. Ona görə də məsləhətim bu kitabı ən sakit, ən hüzurlu,bol-bol zamanınız olduğu bir vaxtda oxumağa saxlayın Kitabda belə bir cümlə var idi: “Yer üzündə bircə nəfər də olsa sevən
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2022105,2bin okunma