Mən bir oxucuyam...
Şəhriyarla "Heydərbaba" dağına həsrət çəkən, əvvəlki illəri üçün darıxan biriyəm...
Cavidin "Səsli qız"ı kimiyəm... Ədalət tərəfdarıyam, haqq səsimi daim ucaldıram...
Xurşidbanu kimiyəm...Çarəsiz qalan,lakin xalqı üçün yaşayan, ailəsini xalqa qurban verən biri kimiyəm...
Koroğlu kimiyəm...Hər çətinlik qarşısında əyilməz, sonda qalib biri kimiyəm...
Nəsimi kimiyəm...Anlaşılmıram...Sonda yenə də unudulmuram, bu cahana sığmayıb, qəlblərə həkk oluram...
R.Rzanın "Çinar ömrü" kimiyəm... Bir ömür daha istəyirəm...
M.F.Axundzadənin Şahbaz obrazı kimiyəm... Bəxtsiz biriyəm, daim tərəqqi istəyirəm, əməlimdən geri dönmürəm...
Mən "Guş qıl" əsəriyəm..Musiqi tərəfdarıyam, qəlblərdə həzin oxunuram...
Mikayıl Müşfiq kimiyəm...Daim həyat sevgisi ilə yaşayıram.. Rəssama sevgilimin gözəlliyindən danışıram...Yağış yağanda seyr edən, damlalara aşiq biriyəm..
Səməd Vurğun kimiyəm... Vurğun biriyəm..Analara, vətənə, elinə vurğun biri..
Mən Oqtay Eloğlu kimiyəm... Sevgimi göstərmirəm..O cananı bu cahana yaraşdırmıram.. Sonda qınanılan biriyəm...
Mən hər obrazı yaşayan biriyəm...
(Azərbaycan ədəbiyyatının özünəməxsus məna çalarlığı...)