O gözəl donunu geymisən yenə,
Hərkəsin xəyalı,donu daray qız,
Tanrı şux gözəllik bəxş edib sənə,
Gözləri sürməli,saçı suray qız...
Bir xəfif gözəllik yaranıb səndə,
Bəlkə də mələksən,yox belə bəndə,
Günəş də utanır səni görəndə,
Ki görsə tutular gecələr ay qız.
#famil shireliyev