Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rəqsanə Həsənova

Rəqsanə Həsənova
@rexhasanova
108 syf.
·
Puan vermedi
·
3 günde okudu
Reallıq yalnızlıq idi onun üçün, lakin sevgisi ilə başladı yaşama, sevildiyi düşüncəsi ilə davam etməyə çalışdı, amma yenə də sonda yalnızlıqla bitirdi hekayəsini. Məlum idi əslində. Necə də gözəl idi sevgisi, tutqunluğu. Necə də layiq idi eyni cür qarşılığa.. Amma necə də düçar oldu haqqı olmayan yalnızlığa..
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Araf Yayıncılık · 201274,4bin okunma
Reklam
375 syf.
·
Puan vermedi
·
9 günde okudu
Yenə kitabın üz qabığı ilə baxışırıq. Amma bu dəfə başqa. Tərif edilməz, təsviri çətin, izah olunmaz yorğunluqla bitirdim əsəri. Bilərək uzatdım, tez bitməsin istədim..
Uçurtma Avcısı
Uçurtma AvcısıKhaled Hosseini · Everest Yayınları · 2021164,8bin okunma
455 syf.
·
Puan vermedi
·
11 günde okudu
Əsər haqqında fikirlərimi bölüşmək mənə hal-hazırda çətin gəlir. Haqqında çox zaman eşitdiyim, "oxuyacam" deyib, amma hər dəfəsində təxirə salaraq oxumadığım, nəhayət oxuyub, dərindən təsirləndiyim əsər... Anna Karenina əsərində "Din əhalinin vəhşi təbəqəsi üçün cilov kimi bir şeydir" cümləsinin altından xətt çəkmişdim. "Min Möhtəşəm Günəş" əsəri isə tamam əks fikirləri beynimdə oyatdı. Daha sonra anladım ki, din, inanc məsələlərini istəyən istədiyi formada insanlara yeridir. İtirən və ya qazanan kim, yaxud kimlər olur, heç bir fikrim yoxdur, lakin acı həqiqət- əsərdə də deyildiyi kimi, "şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur".
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,9bin okunma