Bəzi insanlar torpağa yox, ruha qarışır
Atanı itirmək qəribə hissdir. İnsan elə bilir ölüm sadəcə bir insanı aparır. Amma zaman keçdikcə anlayırsan ki, ölüm tək bir insanı yox, onunla birlikdə içindəki bir dünyanı da aparır. Çünki bəzi insanlar sadəcə insan olmur, ev kimi olur, kölgə kimi olur, arxanda dağ kimi dayanır. Və o dağ bir gün olmayanda insan ilk dəfə dünyanın nə qədər ağır yer olduğunu anlayır. Atam rəhmətə gedəndən sonra bir şeyi başa düşdüm: insanın içində bəzi boşluqlar heç vaxt dolmur. Sadəcə insan o boşluqla yaşamağı öyrənir. Hamı deyir zaman keçir. Amma zaman keçmir, insan sadəcə ağrının formasına öyrəşir. Əvvəl nəfəs almaq belə ağır gəlir, sonra gülməyi özünə günah bilirsən, sonra bir gün gözləmədiyin anda hansısa mahnıda, bir qoxuda, bir sözdə yenidən dağılırsan. Və anlayırsan ki, bəzi insanlar gedəndən sonra yox olmur, sadəcə görünməz olur. Ən qəribəsi də budur ki, insan atasını itirəndə bir az uşaqlığını da itirir. Elə bil dünyanın ən güvənli yeri birdən yox olur. Kimsə sənə “qorxma” deməsə də, onun varlığı yetirdi əvvəllər. İndi isə həyat əvvəlki kimi görünmür. Çünki insan bir gün başa düşür ki, bəzi yoxluqlar sadəcə yoxluq deyil, insanın içində səssiz bir çatdır. Mən həmişə düşünmüşəm, insan doğrudan ölürmü? Əgər bir insanın dediyi sözlər hələ də ağlındadırsa, öyrətdiyi şeylər səndə yaşayırsa, bəzi hərəkətlərində özünü ona bənzədiyini görürsənsə, o insan doğrudan gedibmi? Məncə bəzi insanlar torpağa yox, insanın ruhuna qarışır. Gözlə görünmürlər, amma hər çətin anda içində bir səs kimi qalırlar. Elə bil hardansa yenə səni qoruyurlar. Amma nə qədər fəlsəfi düşünsən də, bir həqiqət var: darıxmaq keçmir. İnsan alışmır. Sadəcə susur. Çünki bəzi ağrılar danışıldıqca azalmır. İçində bir yerə çevrilir. Xüsusilə ata… insanın arxasında dağ kimi dayanan adam olmayanda dünya bir az daha soyuq
Duygu ve Düşünce
Reklam
Əbülfəz Elçibəy
Azərbaycan Respublikasının qurucusu , AXC Partiyasının qurucusu və lideri , Respublikamızın qüruru , hər zaman Moskva uşaqlarının qorxulu yuxusu , "Azadlıq" üçün əlindən gələni edən , TURAN eşqi ilə atəş-atəş yanan , Türkçülüyü mənimsəyib mənibsədən , mənim ümumili liderim "Əbülfəz Elçibəy"dir! Allah qəni-qəni rəhmət , məkanını Cənnət , Peyğəmbərimizin qonşusu eyləsin. Amin!
Maraqlı Faktlar
Ölümsüz maarifçilər!
Mənə elmi, təhsili, fəlsəfəni, kitaba qarşı marağı və ən əsası həyata qarşı fərqindəliyə sahib olmağı sevdirən çox dəyərli iki şəxsiyyət. Kiçik də olsa var olan maraqlarımın arxasınca getməkdə mənə özgüvən aşılayan, iki dəyərli maarifçi. İki dəfə sizi əyani görmə şansından faydalana bildim və nə yaxşı da etmişəm. Çox yaxın bir doğmamı itirmiş kimi hiss edirəm(. Allah sənə rəhmət etsin ,İlber hocam!
Sen bizim üçün çox önəmli idin biz genclik üçün sizi gore bilmesemde sizi çox sevirdim Allah rəhmət etsin🥲🥲. Sizin bize verdiyiniz o nesihetler bizimlə olacaq

SERAP

@serap_kitap_kahve
·
“…çünkü insanlar arasında derinliğe sahip olanlar azdır,hep az olmuştur. Ayrıca dünya,bugün Amerika’dan ibaret değil; dün de Fransa’dan ibaret değildi.”
Sayfa 68 - Kronik kitap·Kitabı okudu
İlber Ortaylı
Reklam
Reklam