Puan vermedi
İlk olaraq, Nuray xanıma bu gözəl adımı üçün təşəkkür edirəm. Şəhidimizi, onun həyatını, qəhrəmanlığını geniş şəkildə təqdim edir. Mən düşündüm, ümumi məlumat xarekterli kitab oxuyacam. Amma elə olmadı. Şəhidimizin ailəsindən,dostlarından, iş yoldaşlarından onun həyatını oxumaq, öyrənmək daha əhatəli və maraqlı oldu. Tək-tək yaxınlarının fikirlərini dinləmək, yazmaq bu kitabın necə diqqətlə ,zəhmətlə ərsəyə gəldiyini sübut edir. Kitabı oxuyarkən sanki şəhidimiz haqqında sənədli film izlədim. Bu da Nuray xanımın fərqli yanaşmasının nəticəsidir. Təbrik və təqdir edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən Sahibi
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
"Vətən Sahibi"
10/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Dəyərli həmkarım, Nuray Rəşidin şəhid Sahib Məmmədova həsr etdiyi "Vətən Sahibi" kitabı haqqında danışmaq mənim üçün olduqca çətindir. Kitabı oxuyarkən duyğulanmamaq, ağlamamaq əldə deyildi. Kitaba heç cür tənqidi yanaşmaq mümkün deyil. Kitab gözlədiyimdən artıq idi mənim üçün. Çünki ilk başda Şəhidə aid olduğunu düşünəndə, məlumat xarakterli olacağını sanmışdım. Amma bu kitab çox duyğu dolu kitabdır. Bu cür yazarlar çox olmalıdır. Bu cür əsərlər yazılmalıdır. O ailəni dinləyib yazmaq ürək tələb edir. Onun bütün dostlarını, qohumlarını, döyüş yoldaşlarını araşdırıb tapmaq, dinləmək çox böyük işdir. Bir şeyi səmimi olaraq qeyd etmək istəyirəm ki, bir yazar olaraq öz həmkarıma qibtə etdim. Çünki mənim də 44günlük müharibə zamanı ailəmdən itirdiyim şəhidim var. Amma dərininə enib yazmağa ürəyim yetmir. Çox ağırdır mənim üçün. 5ildir ağlımdadır amma hələ cəsarət edə bilmirəm. Ona görə də müəllifə alqış düşür. Onu bu təşəbbüsünə görə alqışlayıram. Əhsən. Qələminə, ürəyinə sağlıq deyirəm. Bu yolda uğurlar arzulayıram. Şəhidin ailəsinə yaxınlarına Allahdan səbr diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Nuray Rəşid "Vətən Sahibi "
10/10
·154 syf.··
2026 2. kitabı
Dəyərli üzvlərimizdən biri olan Nuray Rəşidin qələmə aldığı şəhid qardaşımıza xitab edilmiş bu kitab, insanlığa çatdırılmalı olan xüsusi mesajlardan biridir. İlk öncə Nuray xanıma dərin minnətdarlığımı bildirirəm ki belə bir məsuliyyətin altına girməkdən qətiyyən çəkinməyib və elə bu yolda da daimi addımlar atıb . Kitabı oxuyarkən şəxslərin tapılıb bir-bir dinlənilməsinin əziyyətli iş olduğu bəlli olur,amma həqiqətən uğurlu iş olduğu üçün geridönüşləri görəndə düşünürəm ki fəxr,sevinc hissi müəlliifimizə dərin təşəkkürün bir hissəsidir. Sahib qardaş həqiqətən vətənə,ailəsinə adı kimi sahib çıxan biri olub və məhz kitabın ad seçimi də tamamilə düzgün seçilmişdir. Övladları tərəfindən fəxr edilən bir ata olaraq həmişə yaddaşlarda qalacaq. Deməyə çox söz olsa da yenidən təkrarçılıq etmək istəmirəm. Allah şəhidlərimizə rəhmət eləsin,qalanlara can sağlığı versin. Ailələrinə səbr arzulayıram.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
10/10
·304 syf.··
Beğendi
·
2026 12. kitabı
Adil Mirseyid imzasını tanıyanda sağ idi yoxsa vəfat etmişdi dəqiq xatırlamıram, ancaq Qan Turalı vasitəsilə tanıdığımı xatırlayıram. Yotube kanalında şeirini səsləndirmişdi (onu da sizinlə paylaşacam). Adil Mirseyid şair olmaqla yanaşı həm də rəssamdır. Rəsm əsərləri ilə facebook səhifəsində tanış ola bilərsiz. Fərqli üsluba malik biri idi. Allah rəhmət eləsin.
Ay SuvarisiAdil Mirseyid · Qanun Nəşriyyatı · 20112 okunma
Çox sevimli Jannam, bu gün Yeni il bayramıdır...
10/10
·304 syf.··
Beğendi
·
2026 25. kitabı
·
5 günde okudu
·
Okunma: 19 Şubat 2026 22:51
Bir tərəfdə ölümlər, bir tərəfdə insanların daxili mübarizəsi... Ayrılıq, həsrət, sevgi, tənhalıq, ümid, mənəvi borc, xoşbəxtlik, qorxu, arzular... Bütün bunların fonunda Oran şəhəri. Dəniz kənarında, günəşli, sıradan, öz gündəlik qayğıları ilə məşğul olan bir şəhər. Bir gün şəhərin siçovulları üzə çıxmağa və bir-bir ölməyə başlayır. Tez bir zamanda siçovulların ölümü kütləvi hal alır və hər gün küçələrdən minlərlə siçovul cəsədi toplanır. Beləliklə, şəhərin bütün siçovulları ölüb bitir. Oran şəhəri bir həqiqətlə üz-üzə qalır. Bəla həmişə əvvəl xəbərdarlıq edir, sadəcə biz onu ciddiyə almırıq. Bir müddət sonra isə insanlar arasında taun xəstəliyi yayılmağa başlayır. Beləliklə taun bütün şəhəri cənginə keçirir. Şəhər karantinə alınır. Qapılar kilidlənir. Qatarların, gəmilərin hərəkəti dayanır. Hər şey də buradan başlayır. Şəhər qəfildən tam təcrid olunduğundan bir çoxları şəhərdən kənarda olan yaxınlarından ayrı düşür. Həmçinin şəhərə gələn qonaqlar da şəhərdən çıxa bilməyib orada qalırlar. İnsanlar karantin vaxtı bütün günü vaxtı keçirmək üçün məşğuliyyətlər tapmağa çalışırlar. Gəzirlər, kinoya gedirlər, kafelərdə vaxt öldürürlər və s. Əlbəttə ki, hər kəs özünü əl-qolu bağlı, azadlıqdan məhrum edilmiş hiss etdiyindən sıxılır. Hər kəs öz daxili savaşı ilə üzləşir. İnsanlar getdikcə ümidsizləşirlər. Kimisi qaçmaq istəyir, kimisi sadəcə sağ qalmaq, kimisi sevdiyinə qovuşmaq. Epidemiyanın bir tərəfi də o oldu ki, insanlar düşünməyə başladılar. Yaşanan hadisələr onların içlərindəki insanlığı və hisslərini oyatmağında yaxşı mənada təsir göstərdi. Həkim Bernar Ryö: Ryö qəhrəman olmaq istəmir. O, Tanrı haqqında böyük nəzəriyyələr qurmaq istəmir. O sadəcə deyir: xəstəni sağaltmaq lazımdır. O, xəstələrə sağlamlıq bəxş etmək üçün özünü fəda edir. Bu onun vəzifəsi idi. Ryönün öz
1000Kitap
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,6bin okunma
9/10
·174 syf.··
2026 7. kitabı
Allah Müşfiqə rəhmət eləsin. Belə təmiz, saf qəlbli, təpədən dırnağa şair olan, həyatı o qədər sevən bir insanın başına elə oyunlar açıldığını düşünəndə adam dəli olur.
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma