Rüstəm Əzimov

Rüstəm Əzimov
@romeoyazar
Ən böyük ehtirasım oxumaq, düşünmək, usanmadan oxunulmayacağını bildiyim hekayələr, novellalar yazmaqdır.
Laborant
PhD student in the Institute of Control Systems
Bakı, Azərbaycan
26 Mayıs 1999
19 okur puanı
Nisan 2021 tarihinde katıldı
Bir yazıçının şəxsiyyətini, yaşadıqlarını, yazdığı onlarla əsəri nəzərə almayıb ömrü boyu savaşdığı, qarşı olduğu, etiraz etdiyi adam haqda haradasa bir yerdə yazdığı bir cümləni götürüb sanki bu adam ömrü boyu o adamı özünə kumir seçibmiş kimi davranmaq acizlikdir. Bizim bəzi nəşriyyatlara başa salmaq lazımdır ki, oxucunun bir əsəri oxuması üçün yazıçısına aşiq olmasına, onu ideallaşdırmasına, kamil insan bilməsinə gərək yoxdur. "Sədaqətli insan", "ədəbiyyatın sərkərdəsi", "vəfalı dost", "dürüst şəxsiyyət" bənzəri ifadələrdən əl çəkib obyektiv olmağa çalışmaq lazımdır. Bir də ki, mümkünsə, əsərin əsas sujetini girişdə yazacaq qədər oxucuya ehtiyacsız olduqlarını biruzə verməməyə çalışsınlar. Bəzən kitaba giriş yazanlar elə hesab eləyirlər ki, yazdılar onlardan çıxdı, onların işi qurtardı. Lap, - "maşın bu darvazadan çıxsın, ondan sonrası cəhənnəmə!" - deyən maşın düzəldən kimi. Yazıçının işi yazdıqdan sonra da davam eləyir. Zərbə almış kamerton kimi yazdığı hər oxunulduqda təzədən yazılır.
Edebiyat
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Nitsşedən nəsə oxuyanda hər iki cümlədən bir iqtibas bölüşmək istəyir adam.
Yalnızsızlığın mümkünsüzlüyündən sevginin aldadıcılığına
Onlar - digərləri heç vaxt məni tam başa düşə bilməyəcəkləri kimi, mən də digərlərini heç vaxt tam başa düşə bilmədiyimdən özümü hər kəsə yad hiss elədiyim kimi hər kəs də mənə biganələşəcək və deməli, mənim yalnız olmam qaçınılmazdır. Mənim eləyib eləyə biləcəyim tək şey isə özümü aldatmaq, yalnızlığımı yadıma salmayacaq həyatı yaşamaq olacaqdır və yalnızlığı unutmağın tək yolu digərlərinin yalnızlığından bəslənməkdir. Başqa sözlə, heç kəs heç kəsi başa düşmədiyi üçün mənim digərlərində və digərlərinin məndə başa düşəcəyi tək şey başa düşülmədiyimiz, daim yalnız olacağımızdır. Yəni yalnızam, yalnızlığımın üstəsindən heç vaxt gələ bilməyəcəyəm, ancaq iç-içalatımı dağıdan xəstəliyə güc gələ bilməsəm belə ən azından ağrı kəsicilərdən istifadə edə, onsuz da məhdud olan ömrümü yalnızlıq haqda uzun düşüncələrə dalmadan keçirə bilərəm. Digərlərinin yalnız olduğunu başa düşməklə (və bunu ona deməklə) mənim yalnızlıq acım dinməsə də mən bir anlıq da olsa öz yalnızlığımı unudub onun yalnızlığı ilə məşğul olacaq, yəni özümü unudub onun haqda düşünməyə başlayacağam. Əslində elə sevgi də bu deyilmi? Bir nəfəri özünü unudacaq qədər çox fikirləşmək və hiss etmək.
İnsan ve Duygular