Rüstəm Əzimov

Rüstəm Əzimov
@romeoyazar
Ən böyük ehtirasım oxumaq, düşünmək, usanmadan oxunulmayacağını bildiyim hekayələr, novellalar yazmaqdır.
Laborant
PhD student in the Institute of Control Systems
Bakı, Azərbaycan
26 Mayıs 1999
19 okur puanı
Nisan 2021 tarihinde katıldı
Cəmiyyətə güzgü tutmaq - ictimai problemlərə etiraz kimi
Puan vermedi·144 syf.··
2021 9. kitabı
Spoiler ola bilər. "Danabaş kəndinin əhvalatları" zahirən bir-birilə əlaqəsiz görünən, amma paltar söküyü kimi bir-birinin ardınca gələn, bir-birilə əlaqəli olması kənardan absurd səslənən hadisələrin birgə ifadəsidir. Cəlil Məmmədquluzadə "şəriət xeyirlidir, ya ziyanlı", "filankəs haqqlıdır, ya haqqsız", "günahkar kimdir" demədən, sadəcə hekayətini danışmaqla bir çox problemləri cəmisi bir tabloda bütün komponentləri əlaqəli olmaqla təsvir edə bilir. Mühakimə və şərh etmədən Kərbəla ziyarəti istəyiylə yaşayıb Kərbəlanı görmək qismət olmayan, fağır, yoldaşına-uşağına mərhəmətli bir kişinin timsalında bu gün "həqiqi dindar" adlandırdığımız istisnanı da göstərir, şəriət belə hökm eləyir deyib bir qadını razı olmadığı, hətta xəbərsiz olduğu izdivac səbəbiylə haradasa zorla gətirib bir alçağın ağuşuna atan mollanı da. Əsərdə qazı saxta izdivac eləyir - dinlə Allahı aldatmağa çalışır, anası nəçərniklə siğə eləyib deyə kəndxuda olan bir gədanın dilindən Allah sözü düşmür, el arasında adının önünə Kərbəlayi qonan iki nəfər yalançı şahidlik eləyir, heç kimə zərrə pisliyi toxunmamış MəhəmmədHəsən kişi isə Kərbəlayi adını qazana bilmir ki, bilmir; Nağıl eləyənin əsərin əvvəlində Danabaş kəndində hər kəsin bir ayaması - ləqəbi olduğunu deməyi təsadüf deyil. Yenə əsərin əvvəlində "İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil." sözlərini oxumamız da təsadüf deyil. Həqiqətən də, bu kənddə kimin haqqlı-kimin haqqsız olmasından asılı olmayaraq, heç kim davranmalı olduğundan başqa cür davranmır, davrana da bilməz. Belə olduğu halda, heç kəs davranmalı olduğundan ayrı cür davranmırsa, kimə pis demək olar ki? Dul və faktiki olaraq acgöz kaftarlar içində tək qalmış Zeynəbin həmin kəndxuda gədanı ər qəbul eləməmək kimi bir şansı
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Humanizm cinayətkarı həbsə atmaqdır, yoxsa çıxarmaq?
Puan vermedi·184 syf.··
2021 8. kitabı
"Ağ bayraqlar" yaşadığımız post-modern dövrün sənət əsəri təbirinə tam uyğundur, çünki əsər haradasa sonsuz cür şərh oluna, mənalandırıla bilər. Amma yenə də müəllifin beyninin qıvrımlarında dolaşmağa çalışa, nəyi niyə yazdığı haqda bir fikir yürüdə bilərik. Əvvəla əsərin adından başlayaq: Ağ bayraqlar təslimiyyəti ifadə edir, əsər isə iki dostun işləmədikləri bir cinayətlə günahlandırılmaqları ilə başlayır. Bu dostlar Nuhun gəmisindən çıxa bilmək üçün tufanın bitməsini gözləyəcəkmi, yoxsa ağ rəngli təslimiyyət bayrağınımı asacaqlar, bunu əsəri bitirdikdə biləcəksiniz. Əsərin baş obrazı Zaza həbsxana yoldaşı Şoşianın həbsdən çıxandan sonra "həyatını yenidən qurması", "yenidən doğulması" (səh. 160), yəni öz varlığını özünün yaratması haqda ağız dolusu danışır və bu da təsadüf deyil. Əsərdə Nuh vaxtındakı tufan "qara-qorxu" adlandırılır, çünki Allahın insanı məhv etmək niyyəti olsaydı, Nuhun gəmisindəkiləri də məhv edərdi. Əsərdə Allahın Adəm və Həvvanı cənnətdən qovmaqla onları "əbədi qayğısız və təmin olunmuş həyatın dəhşəti"ndən xilas etməsini "ilk insani iş" adlandıran müəllif əsas obrazının (şərə düşərək günahsız yerə) məhbus olmasını bütün insanları öldürməyi gözə almayan Tanrının - çünki insan olmasa, Tanrının varlığını özündən başqa bilən heç kəs olmayacaq - Nuhun gəmisi ilə bir neçə insanı tufandan qurtararkən digərlərini öldürməsi kimi mənasız hesab edir. Nəticədə 8 yaşı olmamış atası öldürülən, anası sürgünə göndərilən, Sovet dövründə yaşamış Dumbadzenin həbsin mənasızlığını ifadə etməyə çalışdığı aşkardır. Zazanın anasının oğlu ilə görüşmək üçün nazirdən icazə alarkən nazirlə aralarında keçən söhbət də buna işarə sayıla bilər. Qeyd: Qaqua Zazagilin işini aparan prokurorun adıdır. (Nazir:) "- Onda, sizcə, Qaqua öz işini nə təhər qurur? - Bircə Cinayət
İnsan
Ağ bayraqlarNodar Dumbadze · Teas Press Nəşriyyat · 201955 okunma
Puan vermedi·389 syf.··
2021 7. kitabı
Bu rəy yalnız kitabı oxuyub bitirmişlər və oxumağa cəhd eləyib heç zaman bitirməyəcəkləri və ya bitirə bilməyəcəkləri qənaətində olanlar üçündür. Əsəri təhlil edərkən ən maraqlı məqam yəqin ki, əsərdəki bütün mübarizələrlə Ernest və Evisin məhəbbəti arasındakı əlaqədir. Lakin bu əlaqəyə keçməzdən əvvəl bir məsələyə toxunmaq yaxşı olardı. Fiziki cəhətdən təkbaşına gücsüz olan insan ədalətsiz, güclünün zəifi məhv etdiyi təbiətlə mübarizə edə bilmək üçün toplaşdı, mədəniyyət yarandı. Lakin kapitalizmin əsərdə bəhs olunan dövründə (real həyatda tamamilə eyni bir dövr olmayıb) mədəniyyət insanları kobud heyvanlar olmağa yenidən qaytarmışdır. Müəllifin materialist dialektikadan ilhamlandığı fikrinə(1) əsasən hər şey yaxşıya doğru getdiyindən burada bir uyuşmazlıq var və bir inqlab olacaq(2), kapitalizmin effektiv, qüvvətli maşını insanların xeyrinə işləməyə başlayacaq. Amma insan nə qədər inkişaf edirsə etsin, istehsal etdiyimiz maşınlar nə qədər güclənirsə güclənsin, insan (əsərdə buna çox misal var) ölüm qarşısında əlacsızdır. Və ölümlü insanın həyatını sonunda ölüm olmasına rəğmən yaşanıla biləcək bir hala salan yeganə şey Evis və Ernest arasındakı tək bir məhəbbət olduğu kimi ictimaiyyətin də ölümsüzləşməsinin, ya ən azından azadlıqsız bir halda ölüdən fərqsiz olmamasının yolu da (əksəriyyətin yaxşılığını istəyən və bunun üçün yeri gələndə adam öldürməyi belə gözə alan) ideologiyalar ətrafında birləşməsidir, belə ideologiyalara Evislə Ernestdəki kimi sonsuz məhəbbətdir(3). Və belə bir ideologiya ictimaiyyətin özünün özünə məhəbbəti kimi birgə yaşamağı mümkün qılacaq, habelə o - həmin ideologiya nə deyirsə, bir-birini sevən iki adamın evlənməsi kimi qəti şəkildə yerinə yetirilməli, yeri gəlsə, azadlıq üçün başqalarının azadlığını əllərindən almaq lazımdır. Ernest ilə
Dəmir DabanJack London · Qanun Nəşriyyatı · 201419,4bin okunma
Puan vermedi·128 syf.··
2021 6. kitabı
Əsərin əks-inqlabçı ideyalar daşıdığını bilmək üçün dərin siyasi təsəvvürə ehtiyac yoxdur. Fəqət, adətən, siyasi məsələlər haqda söz söyləyən bədii əsərlərin yazıçıları heç özləri də bilmədən siyasətdən çox, ya psixi dərinliyi, ya da sosial ifadə ediciliyi yüksək bir təhlilə toxunur; bəlkə də, uzun bir zehni-mənəvi sərgüzəşt sonunda rast gəldikləri tapıntıdan cuşa gəlir, son nöqtəni sırf bu həyəcanla qoyurlar. Kitab haqda yazılmış bir sıra rəyləri oxumaq şansım oldu və təbii ki, bu rəylərin, demək olar, əksəriyyəti "çox bəyəndim, tövsiyə eləyirəm", "yaxşı ki" oxumuşam tipində idi. Əsəri yazıldığı siyasi dövrdən yola çıxaraq, siyasi cəhətdən şərh eləyənlərə də rast gəldim; açığı, deşifrələmələrdən zövq aldım, lakin oxuduğum hər əsərdəki kimi, - "Görəsən, bu deyilənləri bir ideya altında birləşdirmək olarmı; Bütün əsər hansısa vahid ideyanın məcmusu sayıla bilərmi?" - sualları da zehnimi qurcalayırdı. İdeoloji, mənəvi olan hər şeyin maddi-sosial bərabərsizliklərdən törədiyini və bu bərabərsizlik aradan götürüldükdə ideologiyalara ehtiyac qalmayacağı, nəticədə bu ideologiyaların öz-özündən yox olacağını deyən Karlın Marksın onun adına tarixin ən qatı ideologiyasını çıxaracaqlarını bilmədən öldüyünü düşündüm. Sonra Marks və Engelsin komunizmin kapitalizmin pik nöqtəsindən sonra təbii olaraq gerçəkləşəcəyini, fəqət 20-ci əsr Rusiyasının kapitalizmin pik nöqtəsinə çatmağı buraxın, heç kapitalizmə doğru-dürüst çatmadığı, ancaq yenə də həmin ölkədə kommunist inqlabın baş tutduğunu fikirləşdim. Sanki yazıçı nəzəriyyələrdən yola çıxaraq atılan addımların gözlənilməz nəticələri olacağını deyir və tədqiqatın tədqiqatda qalmalı, təbiətin özbaşına buraxılmalı olduğunda israr edir. Marksın müdafiə etdiyi baxışlardan biri dünyanın sadəcə şərh olunmaqla qalınmaması, habelə onun bu
Siyaset
İt ÜrəyiMihail Bulgakov · Qanun nəşriyyatı · 025,7bin okunma
Puan vermedi·179 syf.··
2021 5. kitabı
Bu təhlil kitabı oxuyub bitirmişlər üçün nəzərdə tutulub. Məncə, əsər boyunca iki sual verilir. Bəlkə də, cavab axtarılmır ha, ancaq bu suallar verilir: 1. İnsan günahkardırmı? 2. Cəmiyyət pisdir deyə yalnızlıq yaxşıdırmı? Və ya cəmiyyətin pis olması yalnızlığın yaxşı olduğuna dəlalət edirmi? Əsəri danışan personajın ümumi sərgüzəştinə baxdıqda birinci suala əslində bu sualın elə də mühüm sual olmadığı kimi cavab verilmiş saya bilərik: İnsan günahkar olursa olsun da, nə olsun? İnsan olmaq günahkar ola bilmək deyilmi ki elə? Əsərdəki dostluqlar haqda düşünəndə isə bu ayrı-ayrı fərdlərin cəmiyyətin, insanların ayrı-ayrı formalarda təzahür edən təzyiqlərindən qaçıb, cəmiyyətdən sürgün olub yalnızlaşdığı və əslində ortaq xüsusiyyətlərinin yalnız olmaları olduğu kimi bir fikir ağlıma gəldi. Yəni onları yalnızlıqlarından yalnızlıqları qurtardı. Nəticədə, bəli, cəmiyyət o qədər pisdir ki, tabe olmayan, itaət etməyən, üsyan eləyən, baş qaldıranlar ondan sürgün olmağa məhkumdur. Bu sürgünlə başa çıxmanın, cəmiyyətin günahlarına görə ondan intiqam almaq üçün özünü oda-alova atmamağın, özünü bu yalnızlıqda məhv etməməyin tək yolu isə ayrı-ayrı fərdlərin günahlarından keçmək, bağışlamaqdır. Elə əsəri danışan personaj özü də anasını bağışlayana kimi sürgündən qayıda bilmədi, deyilmi? Və əgər əsəri danışan personajın bütün sərgüzəştinin mahiyyətini bir cümlə ilə ifadə etməyə çalışsam, belə deyərdim: Küsüb getməli idi ki, barışıb qayıtsın.
İnsan
SürgünAytuğ Akdoğan · Epsilon Yayınları · 2016383 okunma