Salam Əziz Oxucular!
Bu dəfə oxuduğum “Xarizmanın Gücü” kitabı haqqında həm Azərbaycan türkcəsində, həm də Türkçe rəyimi hazırladım ki, bütün oxucu kütləsinə xitab etsin.
Bu kitabı oxumaq çox asandır – cəmi 56 səhifədən ibarətdir. Amma səhifə sayı sizi aldatmasın, çünki içində insan münasibətlərində ən vacib məqamlar toplanıb. Sadə, anlaşılan və axıcı bir dillə yazıldığı üçün tez oxunur və istədiyiniz vaxt yenidən baxıb təkrar edə bilərsiniz.
Kitabda deyildiyi kimi: “Uğurlarınızın tam 85%-i insanlarla effektiv ünsiyyətinizdən asılıdır.” Bu fikir kitabın mahiyyətini tam ifadə edir və niyə oxumağa dəyər olduğunu göstərir.
Oxuyarkən ən çox diqqətimi çəkən hissələrdən biri isə bu oldu:
“Həm şəxsi və həm də işgüzar həyatda yaxşı münasibətlər bir sıra amillər üzərində qurulur, lakin bu amillərin ən vacibi diqqətlə qulaq asmaq bacarığıdır.”
Bu fikirdən görürük ki, insanlar sadəcə danışmaq yox, dinlənilməyə ehtiyac duyurlar. Qarşı tərəfi həqiqətən dinləmək, münasibətləri daha güclü edən əsas faktordur.
İnsanlarla münasibətinizi yaxşılaşdırmaq və ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, bu kitab mükəmməl başlanğıc ola bilər. Xüsusilə şəxsi inkişaf kitablarına yeni başlayanlar üçün ideal seçimdir.
Kitab qısa olsa da, faydalı məlumatlarla doludur. Yalnız, bir az daha həcimli olsaydı, daha yaxşı olardı. Amma bu formada da kifayət qədər dəyərli və oxumağa dəyərdir.
Əgər daha geniş və dərin bilik əldə etmək istəsəniz, Dale Karneginin “Dostları Necə Qazanmalı” kitabını da tövsiyə edirəm.
Karizmanın Gücü – Kısa, Ama Etkili Bir Kitap!
Bu kitabı okumak çok kolay – sadece 56 sayfa! Ama sayfa sayısına aldanmayın, çünkü içinde insan ilişkilerinde en önemli noktalar yer alıyor. Basit, anlaşılır ve akıcı dili sayesinde hızlıca okunabiliyor ve istediğiniz zaman