Bəzən insanlar qorxularının, şübhələrinin, inamsızlıqlarının ətraflarını çərçivələyən bir divara dönmələrinə icazə verirlər. Beləcə, özləri fərqində olmadan, özlərini o qorxuya, şübhəyə təslim etmiş olurlar.
Böyük güclər insanları kölə etməyə çalışır. Bu, min illər öncəki köləliklə eynidir. Texnologiya ilə artıq hamımıza nəzarət edirlər. İstənilən proqram, istənilən sistem yalnız bir qrup insana xidmət edir.
Çox vaxt insanlar zəif və cəsarətsiz olduqları üçün bağışlayır, güzəşt edirlər. Qorxduqları üçün onlara ədalətsizliklər edilməsinə göz yumurlar. Bu yaxşı, mərhəmətli olmaqdırmı səncə? Bəzi insanlar "yaxşı insan" deyil, sadəcə qorxaqdırlar.