Onun yalnızlığının ən böyük dəhşəti bu idi; özü ilə məsləhətləşir, özü ilə savaşır, özü ilə barışırdı. Bəzən qəlbində sevincini , kədərini bölüşməyə dərin bir ehtiyac hiss edirdi. Ancaq elə bir adamı yox idi.
İnsanı qorxudan, məğlubiyyətə sürükləyən qeyri-müəyyənlik, bilinməzlikdir. Əks halda hər bir düşmənlə, ondan güclü olan, gücünü müəyyən edə bildiyi düşmənlə savaşıb məğlub edə bilər.