Məhz ağılca daha inkişaf etmiş adamlar bu fikirləri kənara atır, çünki onların ağıl üstünlüyü belə şeylər üçün əzab çəkməyə yol vermir və ancaq adi adamlar maddi rifaha bu qədər böyük qiymət verir, yüz dollar itirəndə özlərini həlak edirlər.
Birgə həyatda doğan kiçik narazılıqları ancaq qüvvətli məhəbbət düzəldə bilərdi. Belə məhəbbət olmayan yerdə isə hər iki tərəf tezliklə bir-birindən soyuyur və labüd olaraq, ağır məsələlərlə qarşılaşırlar.
Ah, yerinə yetməyən arzular! Onlar bizi gəmirir, üzür, bu boş arzular bizi cəlb edir, çağırır, o vaxta qədər aldadıb dalınca aparır ki, ölüm və məhv olmaq bizi onların əlindən alıb təbiətin qucağına qaytarır.