Həmişə özümü uçuşu təxirə salınan təyyarənin pilotu kimi hiss etmişəm.
Bu gözlənti bir anlıq, bir müddətlik olur. Ünvana, məqsədə çatmaq sevinci təxirəsalınma vaxtı qurtarıncaya qədər yubansa da, içində bir əminlik olur ki, bu üzücü müddət tezliklə bitəcək... Və sən mavi səmalara - öz xoşbəxtliyinə qovuşacaqsan... Amma indi uçuyu ləğv edilən təyyarənin pilotu kimiyəm...