Bəzən düşünməmək daha çox kömək edirmiş. Bəzən düşünməmək daha çox cəsarət və inam verirmiş. Bəzən düşünməmək həyatımızın ən gözəl anlarını bəxş edirmiş.
Bəzən düşünməmək daha çox kömək edirmiş. Bəzən düşünməmək daha çox cəsarət və inam verirmiş. Bəzən düşünməmək həyatımızın ən gözəl anlarını bəxş edirmiş. - yazır Coşqun Kərimov
Ən gözəl anlarımızı düşünərək məhv edirik, bəlkə də ən gözəl addımlarımızı çox düşünməkdən ata bilmirik.
Müəllif bu əsərində dünyanı yalnız gördüyümüz forma ilə qəbul etmir, daha dərinə enmək istəyir. Bu obrazda əslində hər birimizi təmsil edir. Daxili qorxularımız və kölgə tərəflərimizlə mübarizəni əks etdirir.
Müəllif demək istəyir ki, insanın içində çox böyük dünyalar var, onları kəşf edərək biz öz “Kvan” anlarımızı yarada bilərik.
KvanCoşqun Kərimov · Mayak Yayınları · 2016189 okunma
Hər kitabın öz vaxtı var, deyirlər. Vaxtı çatanda gəlib səni tapacaq. Düşünürəm ki, bəzən bəzi kitabları oxumaq istəyib amma heç cür davam edə bilməyib yarımçıq saxlamağımızın da səbəbi budur. Həmin an o kitab üçün doğru zaman deyildir. Sənin o kitaba, ordakı cümlələrə ehtiyacın olduğu anda sən o kitabı oxuyacaqsan, bitirəcəksən. (ya da o səni bitirəcək) mövzumuz bu deyil indi)
Martin İden də məni tam olaraq belə tapdı. Fight clubda dediyi kimi ‘You met me at a very strange time in my life’) hər şeydən tamamilə doyduğunu düşündükdə, heç nə sənə zövq vermədikdə Martini xatırla! O xoşbəxt olmaq üçüb getdiyi o Güney sahillərinin dənizində boğularkən yaşama istəyini tapmışdı. Lakin, artıq çox gec idi..
Amma gec olmadan əvvəl ediləcək bir şey var idi, ediləcək bir şeylər hər zaman olur. Yeter ki, əl çəkməyək! Vaz keçməyək! İçimizdəki o işığın sönməyinə icazə verməyək!
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma