sabinaa

sabinaa
@sabinally
I live in two worlds, one is a world of books.
124 okur puanı
Aralık 2020 tarihinde katıldı
7/10
·398 syf.··
2022 27. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Aralık 2022 20:58
Bu ay heç oxumadığım janrları oxumaq qərarına gəlmişdim, ilk kitabda bu oldu. Axıcı və maraqlı idi, hadisələrin sonda paranormal hadisələrə bağlanmamasını daha çox sevdim. Arada yenə Wulf Dorn'un kitablarını oxuyacam.
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20166,8bin okunma
Puan vermedi·56 syf.··
2022 10. kitabı
Mən hekayə bitdikdən sonra yatmağa gedən 10 min 999 balıqlardan yox, dənizi və daha da ötəsini düşünən o balaca qırmızı balıq olmaq istəyirəm. Sonra da özündə çıxıb getmək cəsarətini tapan, nolursa olsun yoluna davam edən balaca qara balıq olmaq..
Küçük Kara BalıkSamed Behrengi · Can Yayınları · 202336,7bin okunma
Puan vermedi·208 syf.··
2021 6. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Ağustos 2021 13:24
Bataqlıqda olmuş bir ölkənin ordan necə çıxdığını anlatan bir kitab. Bir millətin dirçəlişi üçün vacib olan bütün vacib məsələlərə toxunulub, üzərində dayanılıb, və Finlandiya o bataqlıqdan çıxa bilib, Bəlkə də hər xalqa Snelman və ya Snelmanlar lazımdır, amma yazarın da dediyi kimi "𝗕𝗶𝗿 𝘅𝗮𝗹𝗾 𝗻𝗲𝗰𝗲𝗱𝗶𝗿𝘀𝗲, 𝗱𝗼̈𝘃𝗹𝗲𝘁 𝗮𝗱𝗮𝗺𝗹𝗮𝗿𝛊 𝗱𝗮 𝗼𝗻𝘂𝗻 𝗸𝗶𝗺𝗶𝗱𝗶𝗿" Xalqın düşüncəsini dəyişmək lazımdır, yoxsa nə Snelmanlar, nə Napaleonlar, Bismarklar ölkəni xilas edə bilər. Daha bir kitabda toxunulan mövzu xoşuma gəldi "𝗬𝗲𝗻𝗶 𝗰𝗲𝗺𝗶𝘆𝘆𝗲𝘁𝗹𝗲𝗿 𝗼̈𝘇𝗹𝗲𝗿𝗶 𝗶𝗹𝗲 𝘆𝗲𝗻𝗶 𝗺𝗮𝗵𝗻𝛊𝗹𝗮𝗿 𝘆𝗮𝗿𝗮𝗱𝛊𝗿." Yeni nəsillərə artıq köhnəlmiş qaydalar tətbiq edilə bilməz.Xalqı idarə etmək üçün çıxarılan qərarlar qəbul edildiyi zamanlar üçün nə qədər yetərli görünsə də , bu gün yetərsiz qalır, dövlətin məhvinə səbəb olur. Kitabda bəyəndiyim digər məqamlar isə təhsilə nə qədər önəm vermələri, " Bizi məhv etmək istəyirsinizsə, məktəbləri alın əlimizdən" demələri, xalqın ən yaşlı, ən aşağı təbəqəsində belə fikirlərin dərin yuxuya dalmaması, insanların öz şikəstlikleri ilə barışmamaları, "nə olursa, olsun" deməmələri oldu. Boş yerə Atatürk bu kitabı oxuyun, oxutdurun deməyib
Beyaz Zambaklar ÜlkesiGrigory Petrov · Ayrıntı Yayınları · 2020124,4bin okunma
Puan vermedi·424 syf.··
2021 4. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Temmuz 2021 16:20
Bacısını xoşbəxt etmək üçün 1 lələk uğruna tək ayyaqabisindan keçən Abdulla... Əlini qurtarmaq üçün 1 barmağında keçmeli olan Ata... Uşaq yaşında qardaşından ayrılsa da, əvvəlki həyatını xatırlamasa da hər zaman içində bir boşluq olduğunu hiss edən Pəri.. o boşluq ki ona hər zaman birinin yoxluğunu hiss etdirirdi.. Yenə də duduyqulandigim ve sevdiyim bir Xalid Hüseyni əsəri oldu, Kitab sadəcə Abdulla və Pərinin hekayəsindən ibarət deyil,oxumağa sona qədər dəyər. ️Spoiler️ Illər sonra bir birilərinə qovuşurlar, amma hər ikisi qocalmışdi, və Abdulla xəstəliyi ucbatından Pərini xatırlaya bilmirdi, bəlkə də bu həyatın Abdullaya bir hədiyəsi idi.. heç bir şeyi xatırlamamaq..
Ve Dağlar YankılandıKhaled Hosseini · Everest Yayınları · 202241,9bin okunma