MəhsətiCavi Dan
Üç günə bitirdiyim bu kitabı ədəbiyyat sevərlərə, fərqli baxış bucağından baxmaq istəyənlərə tövsiyə edə bilərəm. Azərbaycanın ilk qadın yazarı, ilk qadın şahmatçısı və ilk qadın musiqiçisi ilə tanış olmaqdan məmnun oldum.
"Sən bilmirsən deyilməyən sözün gücü deyilən sözün gücündən nə qədər çoxdur. İki insan yanaşı oturub susursa, bu vaxt ərzində bir-birinə daha çox fikir ötürürlər, amma özləri bunu hiss etmirlər. Ayrılıb, hərə öz işinin arxasınca getdiyi zaman isə artıq əvvəlki kimi ola bilməzlər, çünki zərrə qədər belə olsa, birisi digərinin demədiyi sözlərə bulaşmış olur. Günəşin özünə toxunmadan işığına bulaşmaq kimi bir şeydir bu."
İmam Qəzzali
"- Əgər musiqi yoxdursa, günəş işığı ilə rəqs et, sus dünya səslərinə, ürəyini dinlə, ondakı işığı hiss et, günəşin bir şüası ol sən də, kainat varlığından nurlansın..."