Samir Beydullayev

Samir Beydullayev
@samir_beydullayev
Həftə sonu effekti
Həftənin günləri, aylar, illər, bayramlar, ad günləri — bunların hamısı insanın zamanı idarə etmək üçün yaratdığı simvolik bölgülərdir. Torpağı nə vaxt şumlamaq, nə vaxt əkmək, nə vaxt biçmək, hesabı nə vaxt bağlamaq, dini ritualı nə vaxt yerinə yetirmək üçün. Yəni bunlar əvvəlcə həyatın içindən doğulmuş praktiki işarələr idi. İnsan zamanı tutmaq üçün ona ad verdi, hissələrə böldü, yadda saxlana bilən formaya saldı. Bu, müəyyən mənada qaçılmaz idi. Çünki adsız və sərhədsiz zamanın içində yaşamaq çətindir. Amma məsələ təkcə bununla bitmir. Zamanı bölmək bir yerdən sonra sadəcə rahatlıq yaratmır, insanın ruhuna da sızmağa başlayır. Son vaxtlar daha çox fikir verdiyim bir şey var: həftə sonu effekti. Bu nə bayramdır, nə də rəsmi şəkildə xüsusi elan olunmuş bir gündür. Amma müasir həyatın içində yavaş-yavaş xüsusi mənaya çevrilib. Xüsusən də ofis mühitində işləyən insanların həyatında. Həftənin ilk günləri adamda ağırlıq olur. Yorğunluq, əsəb, içdən gəlməyən bir hərəkət. Sonra günlər keçdikcə bu hal yavaş-yavaş dəyişir. Beşinci günə çatanda isə eyni adamda qəribə bir canlanma yaranır. İş çox ola bilər, bədən yorğun ola bilər, hətta problem yerində qala bilər - amma yenə də içəridə bir yüngüllük dolaşmağa başlayır. Sanki həmin günün özündə yox, onun vəd etdiyi sabahda yaşayır insan. Bir azdan azad olacağam hissi, sabah daha uzun yatacağam fikri, harasa gedərəm ehtimalı, heç nə etməsəm də edə bilərəm rahatlığı. Günün özü bir növ simvola çevrilir. Elə bil kollektiv şəkildə görünməz bir razılaşma var: beşinci gün gələndə bir az dirilmək olar. Səndə bu hiss olmasa belə, başqalarının davranışı onu sənə keçirir. Bir növ emosional yoluxma başlayır. Həmin gün adi cümə axşamı, ya da cümə olmaqdan çıxır; psixoloji hadisəyə çevrilir. Burada narahat edən şey təkcə yorğun adamın
1000Kitap
Etimoloji Defteri
Mücellit Nedir ?
Fragment 2 — Qərar vermək
Mən qərar verməkdə çətinlik çəkəndə bunu uzun müddət zəiflik kimi yozmuşam. Özümə demişəm: cəsarətsizəm, tərəddüdlüyəm, bəlkə də yetərincə istəmirəm. Amma zamanla başa düşürəm ki, məsələ istəməmək deyil. Məsələ qərarın özüdür. Qərar seçmək deyil. Qərar imtina etməkdir. Bir yolu seçdiyim an, başqa ehtimalları bağlayıram. Bəzən o ehtimallar sadəcə xəyal səviyyəsindədir, bəzən heç vaxt baş verməyəcək. Amma yenə də onlardan imtina etmək məndə itki kimi hiss olunur. Elə bil təkcə bir addım atmıram — eyni anda bir neçə “mən”i torpağa basdırıram. İnsan çox vaxt qərardan deyil, sonluluqdan qorxur. Seçim etdikdə zaman daralır. “Hər şey mümkündür” cümləsi ölür. Yerinə bir istiqamət qalır. Və o istiqamət məsuliyyət tələb edir. Çünki seçimdən sonra bəhanələr azalır. Artıq gizlənmək çətinləşir. Mən qərarı gecikdirəndə özümə bir az azadlıq saxladığımı düşünmüşəm. Sanki heç nəyi bağlamıram, hər şey hələ açıqdır. Amma bu “açıq qalma” uzandıqca azadlıq vermir — gərginlik yaradır. Heç bir yol bağlanmır, amma heç biri də başlamır. Bədən dayanır, beynin içində isə dayanmadan qaçış var. Qərar vermək həm də özün haqqında hökm verməkdir. Hər seçim bir iddiadır: “mən bunu istəyirəm”, “mən buna dözürəm”, “mən buradayam”. Bu iddia adamı çılpaq qoyur. Çünki yanlış çıxsa, artıq ehtimalların arxasına sığınıb “mən elə demirdim” demək olmur. Qərarsızlıq buna görə sığınacaqdır: insan hələ də ehtimalların kölgəsində gizlənə bilir. Bəzən düşünürəm ki, qərardan qaçmaq sadəcə səhvdən qaçmaq deyil. Daha dərin bir qorxudur: “boşuna yaşadığını” anlamaq qorxusu. Yanlış qərar vermək mümkündür. Amma daha ağır olan budur: doğru qərar versən belə, həyat yenə də səni məmnun etməyə bilər. Qərar səni bu həqiqətlə üz-üzə qoyur — və onu yumşaltmır. Burada mənim üçün “əncir ağacı” məntiqi (bir növ teorem kimi)
Felsefe ve Düşünce
Fragment 1 — Özünü tapmaq yalanı
Mən uzun müddət özümü tapmaq lazım olduğuna inanmışam. Sanki içimdə haradasa gizlənmiş, üstü örtülmüş, vaxtilə itirilmiş bir “əsl mən” var idi və doğru yeri qazsam, onu tapacaqdım. Bu fikir insanı ayıq saxlayır, amma eyni zamanda aldadır. Çünki axtarış davam etdikcə bir şey aydınlaşır: tapılan heç nə yoxdur. Sonra başa düşürəm ki, problem mənim yetərincə axtarmamağım deyil. Problem ondan ibarətdir ki, tapılacaq sabit bir “öz” mövcud deyil. Erich Fromm bunu açıq şəkildə deyirdi: insanın özünü heç vaxt tam kəşf edə bilməməsinin səbəbi onun hazır, dəyişməz bir “öz”ə sahib olmaması deyil, insanın özünün paradoksal bir varlıq olmasıdır. İnsan yarı heyvandır, yarı simvolik varlıqdır. Və bu ikisi heç vaxt tam üst-üstə düşmür. Mən bunu gündəlik həyatda hiss edirəm. Bədənim istəyir, qorxur, qaçır, yaxınlıq axtarır. Amma eyni anda beynim ölçür, mühakimə edir, utandırır, gələcəyi düşünür. Mən bir anın içində yaşaya bilmirəm, çünki o anı eyni zamanda izləyirəm. Yaşadığım həyatdan bir addım aralıdayam. Elə bil öz həyatımın içində qonağam. “Özünü tap” çağırışı bu parçalanmanı aradan qaldırmaq vədi verir. Amma məndə əks təsir yaradır. Tapmadıqca özümü səhv yolda hesab edirəm. Düşünürəm ki, deməli, doğru kitabı oxumamışam, doğru qərarı verməmişəm, doğru insan olmamışam. Axtarış yavaş-yavaş anlamaqdan çıxıb özünü ittiham etməyə çevrilir. Halbuki bəlkə də problem tapmaqda deyil. Bəlkə problem gözləntidədir. İnsan sanki sabit, aydın, dəyişməz bir kimliyə sahib olmalıymış kimi yaşayır. Mən də bir müddət buna inanmışam. Amma reallıq başqa cürdür: mən hər qərarla bir ehtimalı öldürürəm və başqa birinə çevrilirəm. Mən tapılmıram — mən quruluram. Və bu qurulma heç vaxt bitmir. Fromm-un dediyi o “paradoks” burada açılır: mən nə tam instinktim, nə də tam şüurum. Nə bədənimdən qaça bilirəm,
Felsefe ve Düşünce
Qeyri-mütləq varlığın mütləqlik axtarışı - Bölüm 1
İnsan bioloji varlıq kimi: Təkamül və məhdudiyyətlər İnsan ilk növbədə bioloji bir varlıqdır. Zoologiyanın təsnifatına görə insan primatlar dəstəsinə, hominid ailəsinə aid bir heyvandır. Çarlz Darvinin təkamül nəzəriyyəsi göstərdi ki, insanla digər yüksək heyvanlar arasında kəskin bir təbiət uçurumu yoxdur: insan bədənində və davranışlarında təkamül mirası daşıyır. Darvin yazırdı ki, insanla daha yüksək məməlilər arasında zehni baxımdan fundamental bir fərq yoxdur, fərq yalnız miqyas və dərəcədədir. Yəni insanın hissləri, instinktləri, hətta müəyyən düşüncə əsasları heyvanlarla ortaq təmələ malikdir. Məsələn, özünü qoruma instinkti, qida və cinsi instinktlər, ana-uşaq bağlılığı kimi bioloji təmayüllər insanda da mövcuddur. Bu mənada insan heyvanidir. Amma digər tərəfdən, insanı digər canlılardan fərqləndirən mühüm unikal xüsusiyyətlər formalaşıb. Təkamül prosesində insanın beyni fövqəladə dərəcədə inkişaf edərək ali sinir fəaliyyətini – düşüncə, dil, abstrakt təxəyyül – mümkün edib. İnsan məntiqi düşünmə, mürəkkəb alətlər hazırlama, nitq yolu ilə əlaqə qurma qabiliyyətlərinə malikdir ki, bunlar heyvanlar aləmində misilsizdir. Elmi baxımdan insan davranışını genetik və neyrobioloji amillərlə izah etmək mümkün olsa da, bu izahın özü insan beyninin xüsusi mürəkkəbliyini etiraf edir. Məsələn, neyroelm göstərir ki, insan beyni başqa canlılarda rast gəlinməyən dərəcədə böyük bir neokorteks qatına sahibdir – bu da yüksək idrak funksiyalarının (məsələn, planlaşdırma, qərarvermə, özünü dərk etmə) əsasıdır. Deməli, insan təkamül məhsulu olan bir orqanizm kimi heyvanlar aləminin bir hissəsidir, lakin eyni zamanda şüurunun inkişafı baxımından şüurlu və özünüdərk edən yeganə canlıdır. Bu unikal cəhət insana azad iradə, mənəvi seçimlər, mədəniyyət yaratma qabiliyyəti verir – hansı
Psikoloji