Hər kəsə salam. Bugün Yusuf Atılganın "Sərgərdan" (Türkcədə "Aylak Adam") adlı romanının təhlili ilə qarşınızdayam. İlk olaraq onu demək istəyirəm ki, mən Yusuf Atılganla keçən il tanış olmuşam. 2023-də "Anayurt Oteli"ni, 2024-ün əvvəlində isə "Sərgərdan"ı oxumuşam. Bu, "Sərgərdan" romanını ikinci oxumağımdır və bu dəfə Azərbaycan dilində oxudum.
Yusuf Atılgana qədər oxuduğum kitablarda ətraf aləmi detallı işləyən çox roman olsa da, obrazların gündəlik həyatda nə etdikləri barədə belə detallı yazan bir kitabla qarşılaşmamışdım. Atılganın romanında bu cür detallara geniş yer ayrılır, və bu, məni dərin təsirləndirdi. Bununla bağlı bəzi hissələri sizinlə bölüşəcəm.
"Taun" kitabının təhlilində olduğu kimi, burada da sitatlara və müəyyən hissələrə əsaslanaraq kitab haqqında danışacağam. Yusuf Atılgan bu romanında baş qəhrəmana ad vermək zəhmətinə belə girməyib; baş qəhrəmanımız sadəcə "C." olaraq tanınır. Bu qədər sadə! Əslində, qəhrəmandan çox ona "anti-qəhrəman" desək, daha doğru olar. C., cəmiyyətə yadlaşmış, bivec, həssas, bütün dəyərlərə, qayda-qanunlara qarşı çıxan bir şəxsdir. O, insanların həyatı yaşamadıqlarına həm əsəbiləşir, həm də onları lağa qoyur. Hətta elə daxili monoloqları var ki, özünə belə dişlərini qıcayır.
Qayda-qanunlara qarşı çıxmaq və öz qanunlarını yaratmaq... Bu ifadə bir az sərt səslənə bilər. Burada söhbət dövlətin qoyduğu qayda-qanunlardan deyil, insanların cəmiyyət üçün yaratdığı qayda-qanunlardan gedir. Bir növ, bu, Nietzsche'nin üstinsan modeli ilə toqquşur desək, yalan olmaz. Lakin burada azca fərqlilik var: C., öz qanunlarını yaratmaq niyyətində deyil, sadəcə mövcud qayda-qanunlara qarşı çıxır.
Məsələn, bir səhnədə C., simitini yeyərək irəliləyir və yanından keçənlər ona dönüb baxırlar. "Yaxşı geyinmiş bir adamın küçədə simit yeməsi