Samirə Məmmədova

Samirə Məmmədova
@samiramammadova
Dentistry
AMU
Baku
28 Mart 2004
65 okur puanı
Aralık 2022 tarihinde katıldı
-Uzun müddətdir, səni görmürdüm, artıq narahat olmağa başlamışdım... Holli səmimiyyətlə güldü. - Elen, mən əvvəlki tək sizdən bir tin aralıda, əvvəlki evimdə yaşayıram. Ev telefonumun nömrəsi dəyişməyib, mobil nömrəm də onun kimi. Həqiqətən də, narahat olanlara məni tapmaq çox asan idi.
Etimoloji Defteri
Mücellit Nedir ?
Elə günlər olur ki, qüssəni unutdurmağa məcbur etmək gücündə yeganə adam olan həssas həmsöhbətdən qiymətli heç nə olmur insana.
-Ancaq siz tam xoşbəxt görünürsünüz. - Görünmək və olmaq eyni şey deyil, təəssüf ki. Biz ikimiz də bunu bilirik.
Kimin həyatı ancaq gözəl anlardan ibarətdir, hə? Hətta əgər belə olsa da, bu möcüzə yox, ətalət olardı. İnsan dərd çəkməsə, xoşbəxtliyi necə duya bilər?
Sayfa 385·Kitabı okudu
- Necəsən? - Onun çiynini qucaqlayan Şeron nəvazişlə soruşdu. Holli köks ötürdü. -Bilirsən, Şeron, mənə belə sual verəndə, adətən, cavab verirəm: "Sağ olun, yaxşıyam”. Ancaq doğrusu, bu, belə deyildir. Maraqlıdır, insanlar işlərinin necə olduğunu soruşanda, həqiqətən də, cavab eşitmək istəyirlər, yoxsa sadəcə nəzakət nümayiş etdirirlər? – Holli kədərlə gülümsədi. - Gələn dəfə yolun o biri tərəfində olan qonşu işlərimin necə olduğunu soruşsa, ona deyəcəyəm: yaxşı heç nə yoxdur, hər şey çox pisdir, sağ olun. Mən kədərli və tənhayam. Bütün dünyaya küskünəm.