Mən təzəlikcə bilmişəm ki, problemlərin barədə danışmaq kömək edir. Şəxsən mənim üçün bu böyük xəbər idi, çünki ağzımı yumulu saxlamağa öyrəşmişəm və bununla da fəxr edirdim.
Holli anladı ki, həyatından bezdiyini demək olmaz, ancaq... Demək olmaz ki, bu onu çox sevindirir. Nə vaxtsa o, istirahət günlərini gözləyir, çalışırdı daha çox iş görüb qurtarsın, indi isə səhərlər yataqdan qalxmağa belə lüzum görmür.
Holli uşaq meydançasının qarşısında bağçanın skamyasında oturdu və uşaqların şən səslərini dinləməyə başladı. Nəyə görə o, təpəcikdən sürüşə və yelləncəkdə yellənə bilmir, ancaq kənarda oturub baxmalıdır?! Ümumiyyətlə, insanlar niyə böyüyür?!