Güləndə də nəyinsə çatmadığını anlayırdı. O, xoşbəxtliyin nə olduğunu unutmuşdu, yaşamırdı, vaxt öldürürdü. Bu miskin mövcudluğu daşımaqdan necə də bezmişdi! Əgər həyat mənasını itiribsə, yaşamaq nəyə lazımdır?! Bu sual daim onun başında fırlanırdı, o vaxta qədər ki, o, artıq yuxudan oyanmaq istəmirdi: yuxular ona gerçəklikdən daha real görünürdü.