Lev Tolstoyun Qafqaz əsiri (Kafkaz Esiri) əsəri qısa, lakin dərin məna daşıyan hekayələrindən biridir. Burada Tolstoy insan təbiətini, azadlıq anlayışını və mədəniyyətlərin toqquşmasını təsvir edir.
Əsər rus zabiti Jilin və Kostılinin çeçenlər tərəfindən əsir alınması və onların bu əsarətdən qurtulmaq cəhdləri ətrafında qurulub. Jilin ağıllı, bacarıqlı və səbirli biri kimi təsvir olunur, öz zəhməti və çevikliyi ilə azad olmağa çalışır. Kostılin isə passiv, qorxaq və rahatlığa meyilli biridir, buna görə də taleyi daha ağır olur.
Tolstoy burada sadəcə macəra deyil, həm də insan xarakterlərinin, fərqli dünyagörüşlərinin və mədəni fərqlərin toqquşmasını ustalıqla göstərir. O, eyni zamanda, sadə xalqın – xüsusən də Jilinlə mehriban münasibət quran çeçen qızın obrazı vasitəsilə insanlıq və mərhəmət mövzusunu qabardır.
Ümumiyyətlə, Qafqaz əsiri Tolstoyun həyat, azadlıq və insan psixologiyası haqqında dərin fəlsəfi fikirlərini əks etdirən təsirli bir əsərdir. Hekayənin arxasında Tolstoyun öz hərbi xidməti zamanı Qafqazda qazandığı təcrübələr dayanır. Bu, əsərə həm realizm, həm də emosional güc qatır.
“Efendi ilə Uşağı” – qısa, amma çox təsirli bir hekayədir. İlk baxışdan sadə bir səfər kimi görünən hadisə, əslində insanın xarakterinin, seçimlərinin və həqiqi dəyərlərinin sınağıdır. Vasili Andreyic başdan sona qədər tipik bir “pul hər şeydir” düşüncəsində olan biridir, amma həyat ona elə bir dərs verir ki, hər şeyin sonunda var-dövlətin, nüfuzun heç bir əhəmiyyət daşımadığını anlayır – təəssüf ki, artıq gec olur.
Əsəri oxuyanda Tolstoyun ən güclü tərəflərindən biri olan insan psixologiyasını incə detallarla təsvir etməsini görmək mümkündür. Vasili Andreyicin öz eqoizmi və qorxuları ilə mübarizəsi, Nikitanın isə sadəliyi və sədaqəti hekayənin əsas gücüdür. Sonda kim qalib gəlir? Əlbəttə, insanlıq.
Bu kitab mənə insanın həyatda həqiqətən nə üçün yaşadığını, nəyin əsl dəyər daşıdığını sorğulamağı xatırlatdı. Pul, status, maddi uğurlar – bunların hamısı boş şeydir, əgər sonunda içində mərhəmət, sevgi və vicdan yoxdursa. Oxuyandan sonra öz-özümə düşündüm: “İndi yaşadıqlarımın sonunda geriyə baxanda nədən peşman olacam?” Bu sual bəlkə də əsərin əsas mesajıdır.
Efendi ile UşağıLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 201610,6bin okunma
Kitabda yazıçının beş anonim milyonçudan alınan müsahibələrindən bəhs olunur. Burada milyonçuların necə uğur qazandığını yazıçı bizə geniş şəkildə çatdırır. Yazıçı bizə arzularımızın arxasınca getməyi, məqsədlərimiz uğrunda mübarizə aparmağı tövsiyyə edir. Bir növ motivasiya edici kitab sayıla bilər.
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,155 okunma