Suمay.

Suمay.
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
10/10
·128 syf.·
2025 17. kitabı
İmam Qəzalinin bu əsəri insanın nəfs tərbiyəsi mövzusunda çox dəyərli bir yol xəritəsidir. O izah edir ki, insanın ən böyük imtahanları nəfsin istəkləri və bədənin arzularından qaynaqlanır. Bu iki qüvvəni idarə edə bilmək həm mənəvi, həm də daxili inkişaf üçün vacibdir. Mənə ən çox xoş gələn məqam odur ki, müəllif şəhvəti rədd etmir, əksinə onu insan fitrətinin bir hissəsi kimi qəbul edir. Amma ağılla, imanla və iradə ilə yönləndiriləndə insanı yüksəldir, nəfsin ixtiyarına buraxıldıqda isə zəiflədir. Ayə və hədislərlə verilən nümunələr mövzunu daha dərin və düşündürücü edir. Bu kitab sadəcə məlumat vermir, insanı özünü tanımağa, nəfsini anlamağa və davranışlarını tənzimləməyə təşviq edir. İstər israf, istər həddindən artıq yemək, istərsə də nəfsani arzulara uymaq mövzularını incə və aydın dillə izah edir. Məncə, bu əsər hər kəsin mütləq oxuması lazım olan bir xəzinədir.
İki Şehveti Dizginlemek - Mide ve Cinsellikİmam Gazali · Çelik Yayınevi · 2022935 okunma
10/10
·139 syf.·
2025 10. kitabı
Hardan və necə başlayacağımı bilmirəm… Bu kitab,
Kendini Arayan Kadın
Kendini Arayan Kadın
kitabın davamıdır. İlk oxuyanda real olduğuna inanmamışdım, amma bu kitabı oxuyarkən orada həqiqət olduğunu qeyd etmişdilər. Bu isə diqqətimi çox cəlb etdi. Kitab məni yenidən dərin düşüncələrə qərq etdi. Müəllifin ilk kitabını
Secdede Son Nefes
Secdede Son Nefes
oxuyanda da çox bəyənmişdim, amma bu dəfə hiss etdiyim təsir daha da böyükdür. Kitab insanı yalnız gündəlik həyatın axını ilə kifayətlənməyə qoymur. O, oxucunu özünü sorğulamağa, daxili səyahətə çıxmağa, fitrətə dönməyə və həyatın əsl mənasını anlamağa təşviq edir. Oxuyarkən Allahı, Rəsulu, cənnəti, cəhənnəmi, qəbir əzabını və axirət yurdunu düşünmədən keçmək mümkün deyil. Hər səhifə insanı düşünməyə və öz həyatını gözdən keçirməyə vadar edir. Kitabın təsirini daha da artıran səbəb isə hadisələrin həqiqətən yaşanmış olmasıdır. Ədəbiyyata qaçmadan, şişirtmə etmədən, sadəcə real həyat hekayələri təqdim edilir. Oxuduqdan sonra həyatımın əvvəlki kimi olmayacağını, baxış bucağımın dəyişəcəyini və hər anın dəyərini daha çox anlayacağımı ümid edirəm.
Aradığını Bulan KadınHalit Ertuğrul · Nesil Yayınları · 20081,308 okunma
10/10
·104 syf.·
2025 8. kitabı
Nureddin Yıldız
Nureddin Yıldız
hocanın qələmi və üslubu söhbətləri kimi həm axıcı, həm də təsirləndirici idi. Kitabı oxuyarkən qeyd olunan hər məqamı təfəkkür etməyə çalışdım. Kitabda Əshab-i Kəhf haqqında danışılır. Onların imanı, Allah və axirət uğruna səltənətlərini yoxa sayıb Roma imperatoruna qarşı çıxaraq “bizim, yerin və göyün Rəbbi vardır” demələri, sonra isə mağaraya sığınıb oradan arşa yüksəlmələri – həqiqi imanın ən gözəl nümunəsidir. Quranda Allah onlar haqqında “Rəbbinə iman gətirmiş gənclər idi” deyə bəhs edir. Əshab-i Kəhf mövzusunun önəminin böyüklüyünü isə Allahın Kəhf surəsini nazil etməsindən və Əfəndimizin ﷺ hər cümə günü bu surəni bizə oxumağı tövsiyə etməsindən görə bilərik. Onlar hər gənc üçün ibrət alınası nümunədir.
Mağaradan Arş'aNureddin Yıldız · Tahlil Yayınları · 20171,817 okunma