Məhəbbət! Həmişə möhtacıq ona,
Onsuz nə dərk edər, nə duyar insan. Məhəbbət bəslərmi başqalarına
Məhəbbət görməyən başqalarından?
Əgər qəlbimizdə məhəbbət yoxsa,
Onu balalardan almaq çox çətin! Onlardan məhəbbət umacağıqsa, Amandır, onlara məhəbbət verin!
Yetimlər hər kəsdən yalnız hər zaman
Bir xoş baxış umar, bir mehribanlıq. Hamıdan çəkinər, hamıdan hürkər, Sınıq ürəkləri şüşədən kövrək.
Nə dəcəllik bilər, nə şıltaq bilər,
Onların baxışı inamsız, ürkək.
Onlar nə xoş sifət, nə sığal görər.
Baxımsız bağlardan,
de, bağ olarmı?