"Bəlkə xeyirlisi beləymiş" deyə,
İndi öz-özünə təskinlik verir.
Vicdandan asılıb ürəyi dartan
Yükün ağırlığı azaldı bir az.
Özünü aldadıb yaşayır insan,
Bəlkə, bu alversiz yaşamaq olmaz.
Özgələr önündə pak görünməsi
O, hələ bilmir ki, ləkədir ona.
Qaçır, amma bilmir o, nəyə qaçır. Ləkədən qaçırkən ləkəyə qaçır.
İnsan bir ömürdə ikidir, iki
Atıb körpəsini elə bildi ki,
Admın üstündən ləkəni atdı,
Özünə başqa bir tale yaratdı.
Təmizə çıxartdı o öz adını
Sabaha uzanan qol-qanadını
Körpə bağlamışdı...
Qolunun üstdən
Onu daş pillənin üstünə qoydu.
Qolları boşaldı.
Yolunun üstdən
Körpə götürüldü...