Sənət dəryaya bənzər, onun min bir halı var,
Onun sirlərlə dolu öz cah-cəlalı var.
Kiminin bu dəryada gördüyü çör-çöp olur,
Kimi də dibindəki incilərə vurulur.
Bir-bir öyrətdin mənə otuz iki hərfi sən.
Otuz iki!.. Bu qədər hərflərin içindən Üçünü sənin qızın — Leyla öyrətdi mənə.
Heyranam bu üç hərfin hökmünə, qüdrətinə.
Odur mənim sinəmdə atəş olub hey yanan,
Ayn, şin və bir də qaf!.. Bu üç hərfdən yaranan
Eşq sözü sözlərin sultanıdır, tacıdır,
Eşq — həyat ağacıdır!