Kitabda deyildiyi kimi "Təsadüf deyə bir şey yoxdur". Geridə qalan təqvim ilinin son günündə mənim bu kitabı oxumağımın da təsadüf olmadığı kimi.
Kitabın təhkiyə dili,yanaşmalar,gətirilən sitatlar,gerçəkliklə uzlaşdırmalar və s. o qədər mükəmməl idi ki...
Süjet xətti müxtəlif ölkələrdən seçilmiş 8 şəxsin (+özəl bir şəxs) xoşbəxtlik axtarışında olmalarından ibarətdir. Onlar bu axtarışı dünya ölkələri sırasında müxtəlif cəhətlərinə görə birinciliyə sahib ölkələr arasında aparırlar. Bu zaman dilimində bir çox şəxslə qarşılaşırlar,onların yaşamlarından dərslər çıxarırlar. Eyni zamanda,oxucular da seçilmiş səkkiz şəxsin həyat hekayələrinə bələd olmuş olurlar.
Kitabı fərqli cür düşünürdüm,ancaq düşündüyümün tam əksinə məndə iz buraxacaq kitablardan biri oldu.
Xüsusilə,gənc bir yazarın ilk qələm təcrübəsi olaraq yanaşdıqda əsərin mükəmməlliyinin fərqinə daha gözəl varmaq olur.
Ümid edirəm ki,yazar—
Asəf Hüseynov yaradıcılığına davam edib,oxucuları daha da gözəl nümunələrlə tanış edər.
Oxuyacaq olanlara xoş mütaliələr.
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma
Öncəliklə,əvvəldən sona qədər süjet xətti oxucunun diqqətini cəlb edir və qısa zamanda bitirmək istəyirsən.
Kitabda toxunulan məsələlər—boşluqlar,münasibətlərdəki ziddiyyətlər və s. çox gözəl ifadə olunub.
Ümumilikdə baxsaq,toxunulması vacib olan nöqtələrdir.(valideyn etinasızlığı;təhsil sistemində gəncləri uçuruma aparan boşluqlar;dostluq,sevgi münasibətlərində atılan yanlış addımlar;cəmiyyətdə "dəyər" adı ilə insanların həyatının məhv edilməsi və s.)
Sevmədiyim məqamlar da oldu,lakin bunlar tərəzinin ağır gözünü təşkil etmir.
Sevmədiklərim,kitabda bəzi yerlərdə sadə sözlərin varvarizm qarşılığının işlədilməsi,vulqar sözlərin dərəcəsi,orfoqrafik yanlışlar və bir neçə yerdə şiddət və insan vəhşiliyinin daha üst səviyyədə oxucuya təsir etməsi oldu (doğrudur,bu cür yazı üslubunu sevən oxucular da yetərincədir,amma mənim subyektiv fikirlərimdir).
Son olaraq,yazıçıya—
Nəimi yaradıcılığının davamında uğurlar diləyirəm,əminəm ki,daha da mükəmməl yazı nümunələri olacaq.
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Kitabın hələ ilk səhifələrindən əsas qəhrəman öz xüsusiyyətləri,davranışları ilə diqqətimi cəlb etmişdi. Hər başlığı xüsusi maraqla oxudum. Ehh Martin... Sənin yaşadıqların,həyatının necə tamamilə çevrilməsi,vaxtilə ən yaxın bildiklərin,dəyər verdiklərinin artıq sənə yadlaşması,daxilində vulkanların püskürməsi,lakin sənin onları heç bir kəsə açıb deyə bilməməyin məndə unuda bilməyəcəyim izlər buraxdı.
Kitabı xüsusilə yaşamımın bu zaman dilimində oxuduğum üçün özümü çox şanslı hesab edirəm.
Universitetdə müəllimim dialekt sözləri seçib təhlil etməyim üçün bu kitabı tövsiyə etdi...
30 söz yazsaydım kifayət edirdi , lakin kitabı yarım qoya bilmədim...
Öncəliklə Elçin Əfəndiyev qələmi ilə tanış deyildim. Bu,yazıçının oxuduğum ilk əsəridir.(davamı olacaq böyük ehtimal)
Əsər 1984-cü ilə aiddir. Hadisələr Bakı kəndində cərəyan edir. Öncəliklə əsərdəki hadisələrin baş verdiyi məhlə təsvir edilir. Obrazların xarakterləri çox dərin lövhələrlə oxuculara çatdırılır.
Davamında isə II Dünya Müharibəsinin başlaması ilə əsas düyün vurulur.
Məzmundakı incə məqamlara toxunmaq istəmirəm. Yazıçının dili həm rəvan,həm də aydındır.
Azərbaycan ədəbiyyatından tərəddüd etmədən oxuya biləcəyiniz bir əsər.
Kitab ilk dəfə bu tətbiqdə qarşıma çıxmışdı təxminən 1 ay əvvəl. Diqqətimi çəkdi, oxuyacaqlarıma əlavə etmişdim, dünən yenidən bir paylaşımda gördüm, düşündüm ki,iyulun 15-ci kitabı da bu