Satisfied

Satisfied
@satisfied
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Azərbaycan Dövlət Pedaqoji Universiteti
9 kütüphaneci puanı
368 okur puanı
Kasım 2022 tarihinde katıldı
«Vəfalıymış»
Nə vaxta arxalan, nə baxta aldan, Nə dövran, nə də bir çağ vəfalıymış. Min bir daşürəkli dostdan, tanışdan Bir daşlı, qayalı dağ vəfalıymış. Nə toxa bel bağla, nə aca söykən, Nə şaha arxalan, nə taca söykən, Özün basdırdığın ağaca söykən, Bağbandan min dəfə bağ vəfalıymış.
Zəlimxan Yaqub
Zəlimxan Yaqub
Şiir
Reklam
«Birleşen gönüller»
Beklemek zordur, sadece ümidin varsa beklersin...
Film
«Məhəbbət»
Məhəbbətdə taleyin öz nuru var, Gözəl arzu, saf niyyətdi məhəbbət! Var-dövləti neyləyirsən, bəxtəvər, Tükənməyən var-dövlətdi məhəbbət! Vurulursan adın çıxır yadından, Həzz alırsan alovundan, odundan. Doymaq olmur ağrısından, dadından, Şirin-acı həqiqətdi məhəbbət! Sevirsənsə bilinəcək, gizləmə Heç kəsdən də kömək, vəfa gözləmə. Sən alçalma, kölgə olub izləmə Öz-özünə sədaqətdi məhəbbət! Yanırsan yan, tüstülənmə, alışma, Öz sevgini kimə gəldi danışma. Bu bəladan sağalmağa çalışma, Haqqdan gələn gözəl dərddi məhəbbət…
Fikrət Qoca
Fikrət Qoca
Şiir
«Əyilmə»
Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düşsən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düşkün Bəzən dünyaları döyər şiddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər şeyə qarşı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən hər an, Cürətsiz bir həyat məhv olur, inan. İştə bu düsturu öyrənib də sən, Ər oğlu ər kimi tab et bəlayə. Mən bu sözlərimlə nə dedim bil sən, Çırpın üfüqlərə, uç etilaya! Ey gənc! Səadəti bir xəyal bilmə, Nə olursa-olsun, yalnız əyilmə!
Səməd Vurğun
Səməd Vurğun
Şiir
«Güldürər»
Dərdli, nə ağlayıb gəzərsən burda, Ağladırsa mövlam yenə güldürər. Neçə dərdli qondu, köçdü dünyadan, Ağladırsa mövlam yenə güldürər. Bu dərd mənim sevgilimdir, yarımdır, Ərşə çıxan mənim ahu-zarımdır, Ağlama, ağlama, Allah Kərimdir, Ağladırsa mövlam yenə güldürər. Daim haqqa camalını dilə dur, Zikr elə mövlanı dildən-dilə dur, Qəhri kimə isə lütfü onadır, Ağladırsa mövlam yenə güldürər. Sevdaya salma bu qərib başını, Axıdar gözündən qanlı yaşını, Kərimdir, onardır qulun işini, Ağladırsa mövlam yenə güldürər. Yunis, sənin gözlərində çox hal var, Önündə uğrayıb keçəsi yol var, Gecə-gündüz dur da mövlaya yalvar, Ağladırsa mövlam yenə güldürər.🪷🩷
Yunus Emre
Yunus Emre
Şiir
Reklam