Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Bir itə bir tikə çörək verəndə, Unutmaz yüz kərə bassan da daşa. Alçağa bir ömür çörək yedirsən, Bir dəfə tünd olsan başlar savaşa. Gülüstan, Sədi Şirazi
Sədi Şirazi ( Gülüstan )
Bir kəsə, bir şeyə könül vermə, bax, Çətindir, könülü geriyə almaq.
Sayfa 172Kitabı okudu
Reklam
Sədi Şirazi ( Gülüstan )
Ey mələk, mən sənə elə valehəm, Ki, bütün varlığım çıxıb yadımdan. Kipriyin qəlbimə oxlar atsa da, Mən kiprik vurmayıb baxaram heyran
Sayfa 159Kitabı okudu
Sədi Şirazi ( Gülüstan )
Səninlə bir məkanda olmaq bir əmri-mahal Sən sözə dil açanda olar mənim dilim lal.
Sayfa 159Kitabı okudu
Reklam
Sədi Şirazi ( Gülüstan )
Bilirsənmi nazlı dilbər bir gecə, Aşiqinə pıçıldadı gizlicə. Belə diqqət verirkən sən özünə, Heç qiymətim görünməyir gözünə?
Sayfa 158Kitabı okudu
Sədi Şirazi ( Gülüstan )
Necə məhəbbətdir ki, can qorxusundan canından əl çəkəsən?! Sən əgər özünü unutmamısan, Sənin aşiqliyin yalandır demək. Dost ilə birləşmək mümkün deyilsə, Onun arzusuyla öləsən gərək
Sayfa 157Kitabı okudu
Sədi Şirazi ( Gülüstan )
Bir şahzadəyə atasından çoxlu miras qaldı. O, əliaçıqlıq və səxavət göstərərək,əsirgəmədən qonşuna və camaata baxışlar verməyə başladı Beyt İyləsən duymazsan ətrini udun, Yananda ətrini duyarsan onun. Böyüklük axtarsan, göstər səxavət, Ki, toxum əkməsən almazsan nemət.
Sədi Şirazi ( Gülüstan )
Vəzifə başında olan kəslərə, Hamı söyləyər: mərhəba, afərin, Vəzifə başından salan tək fələk, Başından hasarlar, ürəklərdə kin.
Reklam
Sədi Şirazi ( Gülüstan )
Vəzifə başında, baxt gülən zaman Dostların üzünə baxmaz bircə an. Kasıblıq, çətinlik üz verən dəmdə. Dostuna söyləyər dərdini haman
Sədi Şirazi ( Gülüstan )
Darıxma iş görünsə bir qaranlıq quyuda Çünki qaranlıqdadır o dirilik suyu da, Beyt Qardaşım, qəm çəkib etmə ahu zar, Allahın çox gizli mərhəməti var
Sədi Şirazi ( Gülüstan )
Ona dost demə ki, süfrə başında, Deyə: «Qardaşın da, dostun da mənəm» Ona dost deyərəm ki, çətin gündə, Dostun arxasında dayana möhkəm.
49 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.