Məni cəlb edən məhz bu eybəcərliklərdir. Məni məyus edənsə iztirab izlərinin o qədər də dərinə sirayət etməməsidir. Məni ehtirasa gətirən nədir: bu qadın, yoxsa bədənindəki damğaların tarixçəsi?
Zil Gözlərimi qaranlığa zilləyib hərəkətsiz uzanmışam. qaranlıq olsa da, bilirəm ki, əlimi uzatsam, çadırın damına toxuna bilərəm. Ehtirasımın səbəblərini müəyyənləşdirməyə çalışarkən ağlıma gələn düsturlar nə qədər təzadlı olsalar da, məni düşdüyüm vəziyyətdən xilas edə bilməzlər. "Görünür, bərk yorulmuşam, mən düşünürəm, bəlkə də, yaxşı anlaşılan hər şey, əslində, saxtadır". Səssizcə dodaqlarımı tərpədib cümlələr qurur, sözlərin yerini dəyişirəm. “Bəlkə də, mən yalnız anlaşılmazlıqların əsl həqiqət hesab oluna biləcəyi bir vəziyyətlə üzləşmişəm".
Bəzi duyğular, qəlbin bəzi çırpıntıları onun üçün mümkünsüz olmuşdu. Ata va qızdan başqa, çıraq işığında belə gözlərindəki qara şüşəni çıxarmayan cəlladın və dayanmadan sobaya kömür atan əlaltısının kabusunun yaşadığı bu otaqda çox qalsam mən də eyni aqibətlə üzləşəcək, hər şeyə qarşı inamını itirmiş bir məxluqa çevriləcəyəm.