sehrayyə

sehrayyə
@sehrayya
oxuduqlarımı unutmamaq üçün 1000k qeyd dəftərimdir.
hiçlik sevginin bedelidir ve hiçliğin tacı sevgidir, böyle olması da iyidir, zaman ve şahıs çakışıyor, sevgi ve hiçlik birbirine denk, bu konuda bizi aldatanlara mulagatacı diyorum.
Etimoloji Defteri
Mücellit Nedir ?
Çox vaxt biz hisslərimizin aldanışını, yaxud düşüncəmizin səhvini etiqad kimi qəbul edirik!.. Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur, əksinə, başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?
bir matros kimiyəm: onun ruhu fırtınalara, çarpışmalara alışıb; fırtına onu sahilə tullayanda kölgəli meşələr onu nə qədər cəzb etsə və ilıq günəş üzərinə nə qədər işıq saçsa, yenə də qüssələnəcək, sıxıntı çəkəcək; o bütün günü sahilin qumları üzərində gəzərək, çırpınan dalğaların yeknəsəq xışıltısını dinləyəcək, dumanlı uzaqları diqqətlə seyr edəcək: orada, o mavi dərinlikləri bozumtul buludlardan ayıran cizgi üzərində həsrətini çəkdiyi, əvvəlcə dəniz qağayısı qanadına bənzəyən, sonra isə yavaş-yavaş dalğaların köpüyündən ayrılaraq, düz hərəkətlə hansısa bir körpüyə yanaşan yelkəni görməyə çalışacaq.
İnsanlara bir bax! Bunların hamısı belədir, bir əməlin bütün pis cəhətlərini qabaqcadan bildikləri halda, ona yardım göstərir, tövsiyə edir, başqa bir vasitənin mümkün olmadığını deyərək onu hətta təqdir edirlər, sonra kənara çəkilir və məsuliyyətin bütün ağırlığını öz üzərinə almağa cürət edəndə səndən nifrətlə üz çevirirlər. Onların hamısı belədir, hətta ən mərhəmətliləri, ən ağıllıları da belədir!..
Həyat fırtınasından yalnız bir neçə ideya əxz etdim amma bir dənə də hiss əxz edə bilmədim. Artıq çoxdan bəri qəlbimlə deyil, başımla yaşayıram. Ehtiras və hərəkətlərimi ciddi maraqla götür-qoy edir, lakin onların fərqinə varmıram. İki adamdan ibarətəm: birisi sözün tam mənası ilə yaşayır, digəri isə düşünür və onu mühakimə edir; birinci ola bilər ki, bir saat sonra sizinlə və dünya ilə əbədi vidalaşacaq, ikincisi isə, ikincisi...