sehrayyə

sehrayyə
@sehrayya
oxuduqlarımı unutmamaq üçün 1000k qeyd dəftərimdir.
Əlbəttə, əgər, sizcə, inqilabçının məqsədi hökuməti bəzi güzəştlərə getməyə məcbur etməkdən ibarət isə, onda gizli təşkilat və xəncər sizin üçün ən yaxşı bir mübarizə aləti ola bilər: bütün hökumətlərin bundan artıq qorxduqları şey yoxdur! Lakin mən cür düşünürəm: məncə, hökumətin öhdəsindən gəlmək hələ öz-özlüyündə bir məqsəd deyil, ancaq məqsədə doğru aparan bir vasitədir, bizim başlıca məqsədimiz insanın insana olan münasibətini dəyişməkdir; əgər sizdə belə düşünürsünüzsə, onda işə başqa cür girişməlisiniz. Cahil adamları qana öyrətməklə, siz insan həyatının qiymətini artırmısınız?
Etimoloji Defteri
Mücellit Nedir ?
Səhərki coşqunluqdan sonra o, qəribə, həm də hissiz bir hal keçirirdi; onun öz iztirabı indi ona kənar bir şey kimi görünürdü və sanki ona çoxdan bəri həyatdan məhrum olmuş ağır, biçimsiz bir kütlə kimi təzyiq edirdi. Bir də ki, əslinə qalanda bu işlərin necə qurtaracağının nə əhəmiyyəti vardı? Bu vəziyyətdə onun üçün, hiss etməyə qabil olan hər bir məxluq kimi, bircə şeyin əhəmiyyəti vardı: o da, bu dözülməz əzabdan xilas olmaqdı. Lakin bu əzab şəraitin dəyişməsi, hiss etmək qabiliyyətinin ölməsi ilə qurtaracaqdı, bu ikinci dərəcəli bir məsələ idi.
Onu siz öldürdünüz! Onu siz öldürdünüz! Mən də buna yol verdim, çünki sizin ölməyinizi istəmədim. İndi siz yalan münacatlarla, günahkar dualarla yanıma gələndə, mən bu işi tutduğuma peşman oldum. Yaxşı olardı ki, siz də günahlarınızın içində çürüyəydiniz, əbədi lənətə gələydiniz, amma o, sağ qalaydı! Sizin o tauna tutulmuş ürəkləriniz nədir ki, onların xilası üçün belə bir qurban verilsin?
monatelli·Kitabı okudu

sehrayyə

, bir kitap okudu
Puan vermedi·288 syf.·
18 günde okudu
·
2023 40. kitabı
Ethel Lilian Voynich
9.1/10 · 2.317 okunma
içimde açığa çıkan vahyin beni istemediğim yere götürmesinden ürküyorum.