Ingilis ədibi E. L. Voyniçin öz həmvətənləri tərəfindən çox adi qarşılanan “Ovod” romanında təsvir olunan hadisələr XIX əsrin 30-40-cı illərində italiyalıların Avstriya zülmkarlarından qurtulması uğrunda inadlı mübarizə aparır. Azadlıq naminə vuruşlarda bərkişən və şəxsiyyət kimi yetişən bu təmizqəlbli tələbə mübarizənin gedişində sadəlövh idealistdən zalımlara qarşı amansız çarpışan, yenilməz ruhlu Feliçe Rivaresə çevrilir. Onun ölümqabağı yazdığı məktub nikbinliyin təntənəsi, mübarizlərin qələbə inamını möhkəmləndirən himn kimi səslənir.
Əsərdə böyük inqilabi ruh var. Qorxu hissinin nə olduğunu bilməyən cəsur Ovod indiyəcən, bu günün özündə də Yer kürəsinin ən müxtəlif guşələrində yeni-yeni nəsillərin həqiqi dostlarındandır.