Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

sehrayyə

sehrayyə
@sehrayyapiriyeva
oxuduqlarımı unutmamaq üçün 1000k qeyd dəftərimdir.
Sayın Anne bana olumsuz bir mutluluk vaaz ediyordu, sıkıntıların olmadığı bir mutluluk, gönüllü bir asetizm, erdemli bir bencillik; onun haklı olduğunu ilan ediyorum
Reklam
ana mutluluk aramamayı öğütledi ve bütün mutsuzlukların kaynağının aramak olduğuna beni ikna etti, pek de haksız olmadığını düşünüyorum, en ufak sarhoşluk bile bir yükümlülüktür ve reddedilmek asla cezalandırılmak olmaz. Sayın Anne, bilgeliğinize şükürler olsun! Beni soğuttunuz, bana yapılacak en büyük hizmet buydu.
hiçlik sevginin bedelidir ve hiçliğin tacı sevgidir, böyle olması da iyidir, zaman ve şahıs çakışıyor, sevgi ve hiçlik birbirine denk, bu konuda bizi aldatanlara mulagatacı diyorum.

Okur Takip Önerileri

Tümünü Gör
Çox vaxt biz hisslərimizin aldanışını, yaxud düşüncəmizin səhvini etiqad kimi qəbul edirik!.. Mən hər şeydən şübhələnməyi sevirəm: belə bir hal xarakterin qətiyyətinə mane olmur, əksinə, başıma nə gələcəyini bilmədiyim zaman daha cəsarətlə irəliləyirəm. Axı başıma gələn hadisələrin ən qorxulusu ölüm deyilmi? Ölümdən də yaxa qurtarmaq olarmı?
bir matros kimiyəm: onun ruhu fırtınalara, çarpışmalara alışıb; fırtına onu sahilə tullayanda kölgəli meşələr onu nə qədər cəzb etsə və ilıq günəş üzərinə nə qədər işıq saçsa, yenə də qüssələnəcək, sıxıntı çəkəcək; o bütün günü sahilin qumları üzərində gəzərək, çırpınan dalğaların yeknəsəq xışıltısını dinləyəcək, dumanlı uzaqları diqqətlə seyr edəcək: orada, o mavi dərinlikləri bozumtul buludlardan ayıran cizgi üzərində həsrətini çəkdiyi, əvvəlcə dəniz qağayısı qanadına bənzəyən, sonra isə yavaş-yavaş dalğaların köpüyündən ayrılaraq, düz hərəkətlə hansısa bir körpüyə yanaşan yelkəni görməyə çalışacaq.
Reklam
İnsanlara bir bax! Bunların hamısı belədir, bir əməlin bütün pis cəhətlərini qabaqcadan bildikləri halda, ona yardım göstərir, tövsiyə edir, başqa bir vasitənin mümkün olmadığını deyərək onu hətta təqdir edirlər, sonra kənara çəkilir və məsuliyyətin bütün ağırlığını öz üzərinə almağa cürət edəndə səndən nifrətlə üz çevirirlər. Onların hamısı belədir, hətta ən mərhəmətliləri, ən ağıllıları da belədir!..
Həyat fırtınasından yalnız bir neçə ideya əxz etdim amma bir dənə də hiss əxz edə bilmədim. Artıq çoxdan bəri qəlbimlə deyil, başımla yaşayıram. Ehtiras və hərəkətlərimi ciddi maraqla götür-qoy edir, lakin onların fərqinə varmıram. İki adamdan ibarətəm: birisi sözün tam mənası ilə yaşayır, digəri isə düşünür və onu mühakimə edir; birinci ola bilər ki, bir saat sonra sizinlə və dünya ilə əbədi vidalaşacaq, ikincisi isə, ikincisi...
Bütün bunları artıq əzbər bilirəm - bax məni kədərləndirən də elə budur.
Bütün ailə üzvlərimi sevə bilərdim olmadı: ona görə mən də hamını sevməməyi öyrəndim. Solğun gəncliyim özümlə, yüksək cəmiyyətlə mübarizədə keçdi, istehzadan qorxaraq duyğularımın ən gözəllərini qəlbimin dərinliklərində gizlətdim: bu hisslər oradaca öldü. Mən doğru danışırdım , inanmırdılar: aldatdım. Yüksək cəmiyyəti yaxşı tanıyandan və sirlərini öyrənəndən sonra həyat təcrübəsində məharətim artdı və yorulmadan əldə etməyə çalışdığım mənfəətlərdən başqalarının necə müftəcə istifadə etdiyini və heç bir hünərləri olmadığı halda xoşbəxt olduqlarını gördüm. Onda qəlbimdə ümidsizlik yarandı, bu, zorla müalicə edilən ümidsizlik deyil, mehribanlıq və xoş təbəssümlə pərdələnmiş soyuq, gücsüz bir ümidsizlik idi. Mənəvi cəhətdən şikəst oldum: könlümün yarısı buz bağlamışdı, o qurumuş, buxarlanmış, havaya qalxıb yox olmuşdu, onu kəsib atmışdım halbuki o biri yarısı tərpənir və hər kəsə xidmət etmək üçün yaşayırdı. Bunu isə kimsə sezməzdi, çünki onun məhv olmuş yarısından heç kəsin xəbəri yox idi. Lakin indi könlüm haqqındakı xatirələrimi oyatdınız və mən sizə onun lövhəsində yazılanları oxudum. Çoxları üçün, ümumiyyətlə, bütün yazılı daşlar gülünc görünür, mənə isə xüsusən onların altında gizlənənləri xatırladığım zaman bu heç də gülünc görünmür.
Və qarşısına çıxanı udan bu tamahkarlığı özümdə hiss edirəm, başqalarının əzab və sevincinə yalnız mənim ruhi qüvvəmə güc verən bir şey kimi baxıram. Özüm isə artıq ehtiras təsiri altında çılğınlıq etməyə qabil deyiləm. Şöhrətpərəstliyimi mühit əzibsə də, indi o. başqa şəkildə meydana çıxıb, çünki şöhrətpərəstlik hakimlik etmək arzusundan başqa
Reklam
Mehriban doktor, - dedim, burasını bilməlisiniz ki, axmaqlar olmasaydı, dünyada yaşayış çox sıxıntılı keçərdi... Baxın, biz iki ağıllı adamıq, bilirik ki, hər bir məsələ haqqında nə qədər istəsən, mübahisə etmək olar, ona görə də mübahisəyə girişmirik; bir-birimizin az qala bütün qiymətli fikirlərini bilirik. Bir söz bizim üçün əsl tarixdir; hər bir hissimizin kökünü üç qat pərdə arxasından görürük. Qüssəli şey bizə gülünc gəlir, gülünc şey bizi kədərləndirir, doğrusunu desək, ümumiyyətlə, biz özümüzdən başqa hər şeyə bəs qədər laqeydik. Beləliklə, bizim aramızda hissi rabitə və fikir mübadiləsi ola bilməz. Bir-birimiz haqqında bilmək istədiklərimizin hamısını bilir, bundan da artığına vaqif olmaq istəmirik. Bircə yol qalıb: o da yenilikləri nağıl etməkdir. Mənə yeniliklərdən danışın.
Bütün həyatım ancaq qəlbimlə məntiqim arasındakı bir sıra kədərli və uğursuz ziddiyyətlərdən ibarət olub. Coşqun adamın yanımda olması məni şiddətli soyuq kimi üşüdür və zənnimcə, hansısa qaradinməzlə sıx əlaqədə olsaydım, əsl xəyalpərəstə çevrilərdim. Bunu da etiraf edirəm ki, qəlbimdə o anda xoşa gəlməyən, lakin tanış bir duyğu oyandı: bu, həsəd hissi idi, cəsarətlə ona görə "həsəd" deyirəm ki, özümə hər şeyi etiraf etməyə alışmışam.
O, həyatın bütün təsadüfləri üçün hazır və bəzəkli cümlələrlə danışan adamlardandır. Belələrinə sadə gözəlliklər təsir etmir, bunlar fövqəladə hisslərə, yüksək ehtiraslara və müstəsna əzablara təkəbbürlə pərdə çəkirlər. Başqasına güclü təsir bağışlamaq onlara ləzzət verir, əyalətin romantik qadınları onları yamanca bəyənirlər. Qocalıqda onlar ya dinc mülkədar, ya da əyyaş olurlar bəzən həm mülkədar, həm də əyyaş olurlar. Onların ruhunda əksərən yaxşı xüsusiyyətlər çox olduğu halda, bir qara qəpiklik poetik dünyagörüşləri olmur
qruşnitskiKitabı okudu
Bir gəncin insanların əməl və duyğularını seyr etdiyi ipək pərdə çəkilərkən onun ən böyük ümid və arzularını itirdiyini görəndə adam kədərlənir, halbuki ümid var ki, bu gənc köhnə aldanışlarını onlar qədər şirin olan aldanışlarla əvəzləyəcək.
Bir də ümidsizlik bütün dəblər kimi cəmiyyətin yuxarı təbəqələrində başlayıb, aşağı təbəqələrinə qədər sirayət edir və aşağı təbəqələr bu dəbi sonacan daşıyır, bu gün hamıdan çox və həqiqətən kədərlənən adamlar bu bədbəxtliyi ayıb hesab edərək, onu gizlətməyə çalışırlar.
1.014 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.